0702133333

0702133333

İR əmək haqqı üzrə mütəxəssis vakansiyası
28.09.2024 09:51

”Veysəloğlu” MMC İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğunun İnsan Resursları Əməliyyatları şöbəsi İR əmək haqqı üzrə mütəxəssis vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Vəzifə öhdəlikləri: - Şirkət əməkdaşlarının aylıq əməkhaqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) davamiyyət cədvəllərinə əsasən hesablanmasını təmin etmək və vaxtında ödənilməsi üçün müvafiq funksiyaya yönləndirmək; - İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək; - Akt, icra və aliment tutulmalarını icra etmək; - Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək; - Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi;  - Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurmaq və dəyişikliklərin edilməsini həyata keçirmək; - Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq; - İş proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və bu proseslərin reallaşdırılmasında iştirak etmək; - Əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək və onların optimallaşdırılmasına dəstək olmaq; - Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək; - Şirkət üzrə əməkhaqqı büdcəsindən istifadəyə aylıq olaraq nəzarət etmək; - Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək. Tələblər: - Ali təhsil;  - Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; - Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliyi;  - Yüksək səviyyədə Azərbaycan (İngilis və Rus dilləri arzuolunandır); - Yüksək səviyyədə MS Office biliyi (Excel, PP, Word); - SAP və Bənzər ERP proqaramlarından istifadəetmə bacarığı; - Güclü analitik və problem həll etmə bacarığı; - Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı) Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; • Nahar ilə təmin edilmə. Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İR əmək haqqı üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya [email protected] saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.