0702133333

0702133333

Azərbaycan Kitabxanaları

Haqqında

Biləsuvar rayon Mərkəzi kitabxanasının əsası 1947-ci ildə qoyulmuşdur. Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1978-ci ildə yaradılmışdır.

Haqqında

Cəbrayıl rayon MKS-i 1983-cü ilin feviral ayında yaranmışdır. Rayonda 1 rayon Mərkəzi kitabxanası,1 rayon uşaq kitabxanası, 1şəhər kitabxanası və 75 kənd kitabxana filialı faliyyət göstərmişdir. Bu kitabxanaların fondunda 352400 nüsxə kitab və digər çap məhsulları olmuşdur. Rayon rmənilər tərəfindən işğal olunduqdan sonra çadır düşərgələrində fəaliyyət göstərən 11 kitabxana filialı hazırda Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün istifadəyə verilmiş qəsəbələrdə yerləşir. Rayon Mərkəzi Kitabxanasının fondunda 12063 nüsxə, filialların fondunda 58580 nüsxə kitab vardır. Bu fondlardan 5397 nəfər istifadə edir.

Haqqında

1975-ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Kitabxana 566.198 nüsxə kitab fondu ilə oxuculara xidmət göstərir.

Haqqında

Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1982-ci ildə yaradılmışdır. Kitabxana fondu 450.000 nüsxədir. Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin filialların sayı 59-dur.

Haqqında

Füzuli rayon MKS-i 1 rayon Mərkəzi Kitabxanası və 34 kitabxana filialından ibarətdir. Füzuli rayonunun əsas hissəsi işğal olunduqdan sonra rayon kitabxanaları rayonun işğal olunmayan digər kəndlərində yerləşmişdir. Füzuli rayonunda ilk kitabxana 1948-ci ildə yaradılmışdır. 1978-ci ildə 91 kitabxanadan ibarət rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. 1993-cü ildə rayon işğal olunduqdan sonra Füzuli rayonunu 91 kitabxanası öz fəaliyyətini itirərək kitab fondları ilə bərabər məhv edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana Kollektorundan və Prezident aparatından alınmış kitablar hesabına MKS-nin fondu 32146 ədədə çatdırılmışdır. Hazırda MKS-də 1 xidmət şöbəsi , 1 şəhər kitabxanası və 31 kənd kitabxana filialları fəaliyyət göstərir. Kitabxanada 3 şöbə fəaliyyət göstərir.

Haqqında

Gədəbəy rayonunda ilk dəfə kitabxana 1932-ci ildə yaradılmışdır. 1981-ci ildə rayon mərkəzi kitabxanası əsasında mərkəzləşdirilmiş sistemdə birləşdirilmişdir. 1985-ci ilə qədər rayonda cəmi 69 kitabxana fəaliyyət göstərmişdir. Hazırda Gədəbəy rayon Mərkəzləşdirilmiş kitabxana sistemi üzrə 109 kitabxana fəaliyyət göstərir. Rayon MKS-nin ümumi kitab fondu 01.01.2009 ju ilə 574,53 min nüsxə təşkil edir.