Məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəb 2 korpusdan ibarətdir və əsas korpus 3 mərtəbəlidir. 56 sinif kabineti, 3 kompüter otağı və daimi internet şəbəkəsi var. Şagird tutumu 1250 nəfərdir, 2 805 şagird təhsil alır. 145 ixtisas müəllimi var. Məktəb 2 (iki) növbəlidir. Müasir təlim texnologiyalarından istifadə edilir. 2012-ci ildə məktəb təmir edilib, izləmə kameraları ilə təchiz olunmuşdur. Məktəbdə rus bölməsi də faəliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 1634 nömrəli Sərəncamı ilə 2014-2015-ci ildə keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur. Məktəb IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün fəxri fərmanla təltif edilmişdir. 2015- ci ildə prezidentin fərmanı ilə ilin məktəbi adına layiq görülmüşdür. İldən-ilə prezident təqaüdü alan və 600- dən çox bal toplayan şagirdlərimizin sayı artır.
168 nömrəli tam orta məktəb 1963- cü ildən Pirallahı qəsəbəsində fəaliyyət göstərir. İlk illərdə 8 illik, iki bölməli məktəb kimi fəaliyyət göstərib. 1969-cu ildə 10 illik və bir bölməli məktəb kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində məktəbdə 5 direktor fəaliyyət göstərib. Məktəb müəyyən illərdə rus dili fənni üzrə dərinləşdirilmiş proqramla işləyib. Həmin illərdə bir neçə şagird Respublika Olimpiadasında fəxri yerlər ( I , II ,III ) tutub.
Məktəb 2014-2015-ci tədris ilində əsaslı təmir olunub. 2015 ci ildə məktəbə əlavə olaraq 300 şagird yerlik tədris korpusu, idman zalı və açıq idman meydançası inşa edilərək istifadəyə verilib. Məktəbin ümumi sahəsi 8500 kv.m, həyətyanı sahə 3976 kv.m, binanın sahəsi 4524 kv.m –dir. 34 sinif otağı, 6 fənn kabineti və 3 laboratoriya, kitabxana, bufet mövcuddur.
Hal-hazırda məktəbdə 800 nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 60-a yaxın pedaqoji işçi məşğul olur. 2012-2017-ci illərin qəbul faizinin göstəricilərinə görə Pirallahı Rayonu üzrə fəaliyyət göstərən ümumi təhsil məktəbləri arasında ardıcıl olaraq hər il öz liderliyini qoruyub saxlayır. 2014-cü ildə Pirallahı rayonu üzrə ilk qızıl medala layiq görülən Mahmudov Ervin və bu vaxta qədər rayon üzrə ən yüksək nəticə göstərərək 2015-ci ildə 680 bal toplamış Bunyatov Nurlan da məhz 168 nömrəli tam orta məktəbin məzunları olublar. 2017-ci ildə məktəbin məzunu Bayramov Emil Vüsal oğlu 642 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Həmçinin 2017-2018-ci tədris ilində Pirallahı rayonu üzrə ən yüksək nəticəni 687 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuş Məmmədzadə Leyla Teyyub qızı göstərib.
169 nömrəli tam orta məktəb 1936-cı ildə uyğunlaşdırılmış bir əsas bina ilə məktəb kimi fəaliyyətə başlamışdır. 1941-1945-ci Böyük Vətən müharibəsi illərində məktəbin binasında hərbi hospital fəaliyyət göstərmişdir. Hal-hazırda məktəb üç tədris korpusu ilə fəaliyyətdədir (II tədris korpusu - 2008, III tədris korpusu - 2012-ci ildə istifadəyə verilmişdir). 169 nömrəli tam orta məktəb 1994-cü ildə Qarabağın Füzuli və Ağdərə istiqamətində gedən döyüşlərində qəhrəmancasına həlak olmuş məzunumuz Nəsimi Məcid oğlu Rzayevin adını daşıyır. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. 1 şagirdin təlim-tərbiyəsi ilə 106 müəllim məşğul olur. Onlardan 102 nəfər - ali, 1 nəfər - elmlər namizədi, 2 nəfər - orta-ixtisas, 1 nəfər hərbi rəhbər isə Ali Hərbi məktəb bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli Sərəncamı ilə məktəbimiz 2009/2010-cu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbimizin məzunları yüksək balla Respublikanın və xarici dövlətlərin ali məktəblərinə qəbul olunurlar. 2011/2012-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, Kəbirli Kamila Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. 2016/2017-ci tədris ilində məzunlarımızdan üç nəfəri 600-dən yüksək bal toplamışdır.Onlardan iki nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 2016/2017-ci tədris ilində məktəbimizin şagirdləri Respublika və rayon miqyaslı müxtəlif idman yarışlarında mükafata layiq yerlər tutmuşdurlar.
2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhəri məktəbliləri arasında keçirilən fənn müsabiqəsində məktəbin VII sinif şagirdi Mahmudov Timur Muradoviç fizika fənnindən 1-ci yerə layiq görülmüşdür. 2017/2018-ci tədris ilində məktəbimizin məzunları arasında 700 bal toplayan Aşırov Aslan, 695 bal toplayan Fətəliyev Ağamirzə və iki nəfər məzunumuz 600-dən yüksək bal toplamışdır.Sabunçu rayon İcra hakimiyyəti tərəfindən məktəbimizin direktoru fəxri fərmanla təltif olunmuşdur.
2017/2018-ci tədris ilində məktəbimzin şagirdləri Respublika və rayon miqyaslı müxtəlif idman yarışlarında müxtəlif mükafata layiq yerlər tutmuşdular.
2019-ci tədris ilində UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilən Su, Sanitariya , Gigyenik təhsilin yaxşılaşdırılması lahiyəsində iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.
2019-2020-ci tədris ilində 3 sinif üzrə 79 şagird məzun olmuşdur. 6 şagirdimizə Fərqlənmə attestatı verilmişdir.
2019-2020 -ci tədris ilində 500-600bal toplayaraq yüksək nəticə göstərmiş 13 şagirdimiz, 600-dən yuxarı bal toplayan 7 şagirdimiz müxtəlif ali təhsil müəssilərinin tələbəsi olmuşdur. Ümumi orta təhsil şagirdlərimizə 4 Fərqlənmə attestatı verilmişdir
2020-2021-ci tədris ilində 3 sinif üzrə 76 şagird məzun olmuşdur. Məktəb üzrə 21 şagird 500-600 bal toplayaraq yüksək nəticə göstərmişdir. 2 şagirdimiz Fərqlənmə attestatına layiq görülmüşdür. Ümumi orta təhsil üzrə isə 5 şagirdimiz Fərqlənmə attestatına layiq görülmüşdür.
Ötən əsrdən bəri fəaliyyət göstərən 170 nömrəli tam orta məktəb vətən üçün yüzlərlə həkim, müəllim, alim, hüquqşünas yetişdirmişdir. 83 il öncə, 1932-ci ildən etibarən fəaliyyətdə olan bu qocaman məktəb keşməkeşli dövranlara sinə gərərək, bugünkü zamanını yaşamaqdadır. Ölkə prezidentimiz İlham Əliyev cənabları 14 sentyabr 2011-ci il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsindəki 170 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olmaq üçün həmin təhsil ocağında olmuşdur. 170 nömrəli tam orta məktəb binasının əsas korpusu 1928-ci ildə inşa olunub və o dövrdə hospital kimi fəaliyyət göstərib. 1930-cu ildən isə 120 şagird yeri olan məktəb kimi fəaliyyətini davam etdirmişdir. İkinci Dünya müharibəsindən sonra məktəbdə 42 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda ümumi sahəsi 1425 m2 olan bu məktəbdə Dövlət proqramına əsasən bərpa və təmir işləri aparılmış, standart tələblərə uyğun şəkildə müasirləşdirilərək, 873 şagirdin təhsil alması üçün şərait yaradılmışdır. Məktəb həyətini bəzəyən qızılgül kolları, 12 m hündürlükdə olan Dövlət bayrağımız, səliqə-səhman, yaşıllıqların salınması məktəb kollektivinin qayğı və diqqətinin aydın təzahürüdür. 170 nömrəli tam orta məktəbdə mütəmadi olaraq təlim-tərbiyə prosesinin inkişafı sahəsində diskussiyalar aparılaraq, tibb işçiləri və sahə müvəkkili ilə bərabər düzgün tərbiyə və sanitar-gigiyena mövzularında disputlar keçirilir.1 4 sentyabr 2011-ci il tarixdə cənab prezident İlham Əliyev 170 nömrəli tam orta məktəbə gəlişi zamanı bu məktəbin müəllim kollektivinə çətin və şərəfli işlərində uğurlar arzulamış və vaxtilə ümummilli lider Heydər Əliyevin təhsilə göstərdiyi qayğıdan söhbət açmışdır: " Təhsil millətin gələcəyidir. Azərbaycan xalqının gələcəyi bu gün məktəbdə formalaşır. Parlaq şəxsiyyətin inkişafı məktəbdən başlayır. Müəllimlərin üzərinə bu gün ən şərəfli iş düşür" - söyləyərək, kollektivi daha əzmlə işləməyə ruhlandırmışdır.
2020-2021-ci tədris ilinin qəbul imtahanında 4 şagirdimiz 500 dən, 2 şagirdimiz 400 dən çox bal toplamışdır. 20 nəfər məzun şagirdimizdən 15 nəfəri ali məktəblərə, 2 nəfəri isə kollecə qəbul olmuşdur.
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb 1979-cu ildə tikilib, istifadəyə verilmişdir. Keçmiş SSRİ-də tikilmiş 3 ən böyük məktəblərdən biridir. Məktəbimiz 3 və 5 mərtəbəli olmaqla 2 tədris korpusundan, 1 mərtəbəli olmaqla 8 blokdan, böyük və kiçik akt zalından, bufetdən, kitabxanadan, 2 idman zalından, tir zalından ibarətdir. Həyətyanı sahəsi olduqca böyükdür. Məktəbin həyətində süni örtüklü futbol meydançası var. 2008-ci ildə əsaslı təmir olunmuşdur. Böyük və kiçik akt zalı, bufet, kitabxana 2014-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
171 saylı tam orta məktəb 2009-2010-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə Azərbaycan və Rus bölmələrində dərslər tədris olunur. Məktəbimizdə 101 müəllim 1510 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbimizin 3 müəllimi "100 Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 3 nəfər müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
2 məzunumuz "Qızıl medalla" bitirmiş və ali məktəbə yüksək balla qəbul olunmuşdur. Məzunlarımızın əksəriyyəti yüksək balla istədikləri ali məktəblərə qəbul olunmuşlar. Məzunlarımızdan xarici ölkə ali məktəblərində təhsil alanlar da var. Məzunlarımız müxtəlif dövlət və özəl sektorlarda çalışırlar.
Azərbaycan Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəbimiz pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir. Həmin əmrə müvafiq olaraq 2015-2016-cı tədris ilindən başlayaraq məktəbin 10 və 11 -ci siniflərində texniki fənnlər təmayüllü, riyaziyyat-iqtisadiyyat təmayüllü və humanitar təmayüllü pilot siniflər fəaliyyət göstərir. 2016-2017-cı tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbimizdə həm Azərbaycan həm də Rus bölməsi üzrə məkəbəhazırlıq qrupu fəaliyyət göstərir.
2016-2017-ci tədris ilini XI sinif şagirdlərindən 7 nəfər fərqlənmə attestatı ilə bitirmişdi. 3 nəfər 600 baldan yüksək bal toplamışdır. Bir nəfər şagirdimiz Balabəyov Rəhim Ağabəy oğlu 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində məzunlarımızın Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul faizi 82,14% olmuşdur.
2017-2018-ci tədris ilində məzunlarımızdan 7 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında 600 - dən çox bal toplamışlar.
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb 1979-cu ildə tikilib, istifadəyə verilmişdir. Keçmiş SSRİ-də tikilmiş 3 ən böyük məktəblərdən biridir. Məktəbimiz 3 və 5 mərtəbəli olmaqla 2 tədris korpusundan, 1 mərtəbəli olmaqla 8 blokdan, böyük və kiçik akt zalından, bufetdən, kitabxanadan, 2 idman zalından, tir zalından ibarətdir. Həyətyanı sahəsi olduqca böyükdür. Məktəbin həyətində süni örtüklü futbol meydançası var. 2008-ci ildə əsaslı təmir olunmuşdur. Böyük və kiçik akt zalı, bufet, kitabxana 2014-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
171 saylı tam orta məktəb 2009-2010-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə Azərbaycan və Rus bölmələrində dərslər tədris olunur. Məktəbimizdə 101 müəllim 1510 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbimizin 3 müəllimi "100 Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 3 nəfər müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
2 məzunumuz "Qızıl medalla" bitirmiş və ali məktəbə yüksək balla qəbul olunmuşdur. Məzunlarımızın əksəriyyəti yüksək balla istədikləri ali məktəblərə qəbul olunmuşlar. Məzunlarımızdan xarici ölkə ali məktəblərində təhsil alanlar da var. Məzunlarımız müxtəlif dövlət və özəl sektorlarda çalışırlar.
Azərbaycan Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəbimiz pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir. Həmin əmrə müvafiq olaraq 2015-2016-cı tədris ilindən başlayaraq məktəbin 10 və 11 -ci siniflərində texniki fənnlər təmayüllü, riyaziyyat-iqtisadiyyat təmayüllü və humanitar təmayüllü pilot siniflər fəaliyyət göstərir. 2016-2017-cı tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbimizdə həm Azərbaycan həm də Rus bölməsi üzrə məkəbəhazırlıq qrupu fəaliyyət göstərir.
2016-2017-ci tədris ilini XI sinif şagirdlərindən 7 nəfər fərqlənmə attestatı ilə bitirmişdi. 3 nəfər 600 baldan yüksək bal toplamışdır. Bir nəfər şagirdimiz Balabəyov Rəhim Ağabəy oğlu 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində məzunlarımızın Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul faizi 82,14% olmuşdur.
2017-2018-ci tədris ilində məzunlarımızdan 10 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında 600 - dən çox bal toplamışlar.
2018-2019-cu tədris ilində 3 nəfər məzunumuz 600 baldan çox bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. Məzunlarımızın 85 faizi ali məktəbə qəbul olmuşdur. 1 nəfər məzunumuz fərqlənmə attestatı ilə bitirmişdir.
Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində də keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Ölkədə sosial sahədə həyata keçirilən tədbirlər əhəmiyyəti və miqyası ilə seçilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların ardıcıllığını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri işlər görülüb və hazırda da davam etdirilir. Bu baxımdan, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Azərbaycanın sosial siyasətinin növbəti uğurlu lahiyələrindən biri olan Hövsan yaşayış kompleksi Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında, Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 km məsafədə yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşir. Hövsan yaşayış kompleksində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin , yaşıllq zonalarının, uşaq meydançalarının, sosial infrasruktur obyektlərinin tikintisi aparılmışdır. Ərazidə 2 uşaq bağçası, ümumtəhsil məktəbi və xəstəxana istifadəyə verilmişdir. Məktəb 1920 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Hal-hazırda məktəbdə 530 şagird həftənin 5 günü, 1 növbəli təhsil alır. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 172 nömrəli tam orta məktəb Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri görkəmli yazıçı, nasir, maarif xadimi Süleyman Sani Axundovun adını daşıyır. 172 nömrəli tam orta məktəbin fəaliyyəti təhsil nazirinin 20.08.2021-ci il tarixli, F-417 nömrəli əmrinə əsasən bərpa olunub. Ən müasir avadanlıqlarla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir.S.S.Axundov adına 172 nömrəli tam orta məktəb 4 korpusdan, 3 mərtəbədən ibarətdir. Məktəbdə 4 müəllimlər otağı, 74 sinif otağı, 594 nəfərlik 1 akt zalı, 2 kompüter otağı, 1 kitabxana, kompüterlərlə təchiz olunmuş oxu zalı, 2 kimya, 2 fizika, 2 biologiya kabineti, 4 texnologiya otağı, məktəbəqədər hazırlıq otağı, 2 idman zalı və 160 nəfərlik bufet mövcuddur. Məktəb müasir qazanxana, su və elektrik sistemləri, 22 sanitar qovşaq, 1 futbol və 1 voleybol meydançası ilə təmin olunub. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar isə Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Məktəbimizdə pedaqoji heyət 31, təsərrüfat qrupu isə 10 nəfərdən ibarətdir. 172 nömrəli tam orta məktəbin kollektivi ölkəmizdə formalaşan güclü təhsil infrastrukturunun və gənc nəslin əsl vətəndaş kimi formalaşmasına öz layiqli töhfəsini vermək üçün tam məsuliyyətlə çalışır. Məktəb kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.