2025-ci il fevralın 20-də Xəzər Universitetinin Mərmər salonunda Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbələrinin filoloji təcrübəsi ilə bağlı iclas keçirilib.Tehsil.biz xəbər verir ki, iclası Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekan əvəzi Aygün Verdiyeva açaraq tələbələrə uğurlar arzulayıb.Filoloji təcrübənin rəhbəri, Dillər və Ədəbiyyatlar Departamentinin müəllimi Ülvi Babasoy təcrübə haqqında ətraflı məlumat verib. Daha sonra Qanun Nəşriyyatının İnsan Resursları üzrə mütəxəssisi Zərifə Məmmədova tələbələrin nəşriyyatda yerinə yetirəcəyi işlər və onların prinsipləri barədə çıxış edib.