0702133333

0702133333

OYU-da Elmi Şuranın iclası keçirilmişdir
20.02.2025 12:44

Odlar Yurdu Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası universitetin rektoru, professor Əhməd Vəliyev açmış, iclas iştirakçılarını salamlamış və gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.İclasda qış imtahan sessiyasının yekunları, fakültələrin, kafedraların, Magistratura və MBA şöbəsinin, Doktorantura şöbəsinin I yarımil üzrə hesabatları müzakirə olunmuşdur. Həmçinin pedaqoji və istehsalat təcrübəsinə hazırlığın vəziyyəti və növbəti dərs semestrinə hazırlıq məsələləri nəzərdən keçirilmişdir.Bundan əlavə, universitetin professor-müəllim heyətinin tədris-metodiki işlərinin monitorinqinin nəticələri, Akademik Performansın Qiymətləndirilməsi Forumunun (APQF) vəziyyəti, 29-30 may 2025-ci il tarixlərində baş tutacaq ICSEGT-2025 beynəlxalq konfransına hazırlıq məsələləri geniş müzakirə edilmişdir.İclasda həmçinin yeni tədris olunan fənlər üçün hazırlanmış və yenilənmiş fənn proqramlarının təsdiqi və çap olunması, eləcə də “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasında tədris olunan fənn üçün hazırlanmış dərsliyin müzakirəsi aparılmışdır.Elmi Şura üzvləri gündəlikdəki bütün məsələləri geniş müzakirə etmiş və müvafiq qərarlar qəbul etmişlər.