0702133333

0702133333

Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub
05.02.2025 12:32

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova Niderlandda beynəlxalq səviyyədə öz layihələrini təqdim ediblər.BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı layihə seçilən “Climasel” xarici mentorlar tərəfindən də müsbət rəylər alıb.Səfər çərçivəsində tələbələrimiz təlimlərə qatılıb, digər startap müəllifləri ilə əlaqələr qurub, eləcə də təcrübə mübadiləsi aparıblar. Bundan başqa, biznes modellərini təkmilləşdirmək imkanı əldə ediblər.2000 layihə arasından seçilən “CLIMASEL” üçün 25 min avro investisiya ayrılıb. Layihə binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan “Climasel” panelləri istehsal edir.

Digər xəbərlər

İnsan beynində mikroplastik tapılıb

05.02.2025 03:18 - report.az