0702133333

0702133333

BDU-nun fəal tələbələri mükafatlandırılıb
04.02.2025 22:58

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən BDU-nun ictimai həyatında aktiv fəaliyyət göstərən və fərqlənən tələbələrinə təşəkkürnamələr təqdim olunub.Universitetdən Tehsil.biz-ə bildirilib ki, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov THİK-in fəaliyyətlərindən söz açıb. Şöbə müdiri tələbələrin təşəbbüskarlığını və ictimai fəallığını yüksək qiymətləndirib, onların BDU-nun həyatında mühüm rolu olduğunu bildirib.BDU THİK-in sədri Zöhrab Cavadzadə Komitənin gənclərə verdiyi töhfələrdən bəhs edib. THİK-in son illər aktiv fəaliyyət göstərdiyini və ətrafında daha çox fəal tələbəni birləşdirdiyini vurğulayıb. O qeyd edib ki, THİK-in əsas məqsədi tələbələrin ictimai-sosial həyatlarına təkan vermək, fəaliyyətlərini stimullaşdırmaqdır.Sonda BDU THİK-in fakültə, departament və klub sədrlərinə və idarə heyətinin fəal üzvlərinə təşəkkürnamələr təqdim edilib.