Dekabrın 24-də Bakı Slavyan Universitetində Slavyan xalqlarının ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Məhəmməd Füzuli yaradıcılığında irfan: şərh və tərcümə problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə professor Rafiq Novruzov və Telman Cəfərov Füzuli irsinin dünya ədəbiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Tərcüməçi Qafar Məcidov, dosent Kəmalə Umudova və tələbə Sünay Əhmədzadə mövzu ətrafında məruzələr ediblər. Tədbirdə Füzuli qəzəlləri Azərbaycan və rus dillərində səsləndirilib.