0702133333

0702133333

“Təhsilalanların maliyyə savadlılığının artırılması” layihəsinin açılış mərasimi keçirilib
21.11.2024 11:29

“Təhsilalanların maliyyə savadlılığının artırılması” layihəsinin açılış mərasimi keçirilib.  Layihənin əsas məqsədi məktəbdə təhsilalanların qənaət və israf, pulun tarixi, büdcə anlayışı mövzularında maarifləndirilməsi və onların müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması ilə maliyyə savadlılığı üzrə həyati biliklərinin artırılmasına yardımçı olmaqdır.Layihə Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Tağıyeva Günay tərəfindən həyata keçirilir. Qeyd edək ki, layihə çərçivəsində 48 şagird seçilərək onlara 30 saatlıq təlim təşkil olunacaqdır, həmçinin layihənin sonunda təlimlər bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılacaqdır.