0702133333

0702133333

Qobustan ərazisində yerləşən təlim-tədris mərkəzində maaşlı təcrübəçi vakansiyası
21.11.2024 11:08

Dekabrda Qobustan ərazisində yerləşən təlim-tədris mərkəzində başlayacaq layihə üçün ödənişli (Maaşlı)əsaslarla bizə dəstək olacaq təcrübəçi axtarışındayıq. Layihə və vəzifə öhdəliklərlə bağlı məlumat: - Layihə təlim, imtahan və müsahibə mərhələlərindən ibarətdir. Burada təcrübəçi əsasən inzibati məsələlərlə məşğul olacaq (zənglər, davamiyyətin yoxlanılması, təlim üçün lazım olan avadanlıqların hazır vəziyyətə gətirilməsi, ofis ləvazimatların paylanılması və s.) - Təlim yeri Qobustan ərazisidir. Məsafəni nəzərə alaraq həmin ərazidə və ya Qaradağda yaşayanlara üstünlük veriləcək. Həmçinin, Qaradağ ərazisindən təlim mərkəzinə gediş-gəliş üçün nəqliyyat təşkil olunacaq. - İş saatları: həftəiçi hər gün 08:00-17:00 - Layihənin müddəti: Dekabr 2024 - may/iyun 2025 Şirkət nələri təklif edir: - Ə/h 365 AZN + nahar ödənişi. - Ofis iş şəraiti və yeməkxana (ödənişli). - SOCAR Downstream şirkətinin Öyrənmə və inkişaf komandasında, o cümlədən, beynəlxalq layihədə təcrübə qazanmaq imkanı. - Xarici nümayəndələrlə çalışmaq və nəticədə İngilis dilini inkişaf etdirmək imkanı. - Rəsmi iş təcrübəni qazanmaq imkanı.  Namizədə dair tələblər: - Ali təhsil. - Yuxarıda qeyd edilmiş gün və saatlarda tam ştat işə gəlmək imkanı olmalıdır (səhər/günorta oxuyanlara uyğun deyil, yarım ştat imkanı yoxdur). - Təməl kompüter və MS Office bilikləri olmalıdır (email yazmaq, cədvəl ilə işləmək və s.). - İngilis dili biliyi üstünlükdür.  Uyğun namizədlər CV-ni”Qaradağ layihəsi üçün təcrübəçi” başlığı ilə [email protected] / [email protected] ünvanlarına e-mail göndərə bilərlər.