Referans Medical Group - da aşağıda qeyd olunan tibb sahəsi üzrə işçi qəbulu aparılır. İş yerinin təsviri: Xəstələrə həkiməqədər tibbi yardım göstərmək; Laboratoriya tədqiqatları üçün materialları (qanalma) götürmək; Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya etmək; Dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşımaq, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin etmək;İş şəraiti: Əmək haqqı 400-450 AZN.İş rejimi həftənin 6 günü (08:00 – 17:00), Şənbə günü qısa iş günü. AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.Namizəd üçün tələblər: Müvafiq təhsil;Tələb olunan qaydada sertifikasiya;1-3 il iş təcrübəsi;Ünsiyyət və komandada işləmək bacarığı;Məsuliyyətlilik, dəqiqlik və operativlik;İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq. Maraqlanan şəxslərdən öz CV-ni mövzu hissəsinə iddia edilən vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.