İT mütəxəssisi vakansiyası Komandamıza qoşulmaq istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Vakansiya haqqında. Vəzifə öhdəlikləri: · Texniki nasazlıqları aradan qaldırmaq məqsədi ilə istifadəçilərə, işçi heyətinə texniki dəstəyin göstərilməsi · Əsas texniki işlərin aparılması (kabellərin çəkilməsi, kompüter avadanlıqların dəyişdirilməsi və ehtiyac yarandıqda təmiri) · Həftəlik inventarizasiyanın aparılması · Şöbə rəhbərindən aparılan texniki işlər çərçivəsində alınan tapşırıqlarının yerinə yetirilməsi · Kompüter parkının monitorinqi Namizədə dair tələblər: · Azərbaycan və rus dili biliyi · CompTIA A+ sertifikatı (arzu olunan) · Müvafiq sahə üzrə 1 il iş təcrübəsi/ STEP İT Akademiyanın “kibertəhlükəsizlik” istiqaməti üzrə baza semestrini uğurla bitirmiş tələbələri İş şəraiti və təkliflərimiz: · İş qrafiki: tam iş günü · Komfortlu ofis: ofisdə istirahət zonası, PlayStation mövcuddur. · Sahə üzrə təlim və inkişaf imkanları CV-nizi [email protected] ünvanında gözləyirik. Məktubun mövzu bölümündə vakansiyanın adını qeyd etməyi unutmayın.