PLANETİMİZ NAMİNƏ- SAF SU, TƏMİZ HAVA, MÜNBİT TORPAQ, YAŞIL ENERJİ!“Planetimiz Naminə” kampaniyası çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Bakıda COP29-a qədər təbii ehtiyatların qorunması və iqlimlə bağlı fəaliyyət strategiyaları haqqında məlumatlılığı artırmaq üçün fotomüsabiqə təşkil edir. MÜSABİQƏ ŞƏRTLƏRİ1.1. Müsabiqə dörd kateqoriyadan ibarətdir və iştirakçılar öz fotolarında bu kateqoriyalardan birinin mahiyyətini əks etdirməlidir. Kateqoriyalar aşağıdakılardır: HavaSuTorpaqYaşıl Enerji1.2. Münsiflər heyəti təqdim olunan ən yaxşı fotoları onların estetik mükəmməlliyi, orijinallığı, güclü kompozisiya, texniki keyfiyyət, ümumi təsir, vizual cəlbedicilik, bədii keyfiyyət və fotoqrafın mövzunu unikal şərhinə əsasən qiymətləndirəcək. Məzmunun meyarlara uyğun olması əsas şərtlərdən biridir. 1.3. Yalnız 2024-cü ildə çəkilmiş fotolar bu müsabiqəyə təqdim oluna bilər. Daha əvvəl digər müsabiqələrdə mükafat almış fotolar qəbul edilməyəcək. 1.4. Aşağıdakı mövzuları əks etdirən fotolar təqdim oluna bilər: Heyvanlar, gündəlik həyat tərzi, təbiət, mənzərə və ətraf mühit, insanlar, küçə fotoqrafiyası, texnologiya və müasir həyat, səyahət, idman və macəra. 1.5. Yalnız mobil telefonla çəkilmiş fotolar iştirak edə bilər. 2. KİMLƏR İŞTİRAK EDƏ BİLƏR? Müsabiqəyə Azərbaycanda yaşayan və gəlirlərinin böyük hissəsini fotoqrafiyadan qazanmayan 18 yaşdan yuxarı həvəskar fotoqraflar iştirak edə bilərlər. 3. NECƏ İŞTİRAK ETMƏK OLAR? 3.1. Namizədlər yalnız mobil telefonla çəkilən fotoları müsabiqəyə göndərə bilərlər. 3.2. Müraciət edənlər çəkdikləri fotoları sosial şəbəkələrində (Facebook və ya Instagram) aşağıdakı hesabları işarələyərək və ərizələrini e-poçt vasitəsilə təqdim etməzdən əvvəl #ForOurPlanet kampaniyası haştagından istifadə etməklə paylaşmalıdırlar: Facebook: EU Delegation to Azerbaijan Instagram: @eudelegation_az 3.3. İştirakçılar hər kateqoriya üzrə yalnız bir foto (Hava, Su, Torpaq, Yaşıl Enerji) təqdim edə bilərlər. Maksimum dörd foto təqdim edilməlidir.
3.4. Hər bir foto ayrıca e-poçtla göndərilməlidir. 3.5. Fotoqrafın adı və müvafiq giriş nömrəsi (1-dən 4-ə qədər) daxil edilməklə hər bir fotonun adı kateqoriyaya uyğun yazılmalıdır. Məsələn: Ad Soyad – 1.jpeg. E-poçtdakı mövzu sətrində tam adınız, təqdim etdiyiniz kateqoriya (1-4) və ardınca: “ForOurPlanet Competition” daxil edilməlidir. E-poçt mesajında aşağıdakı məlumatlar təqdim edilməlidir: Adı və Soyadı: Doğum tarixi: gg.aa.yyyy Ünvan: elefon nömrəsi: E-poçt: 3.6. Ərizələr aşağıdakı e-poçt ünvanına göndərilməlidir: [email protected] 3.7. Müraciət üçün son tarix: 15 yanvar 2025-ci il, Bakı vaxtı ilə saat 17:00 Qeyd: Göstərilən meyarlara uyğun gəlməyən təqdimatlar diskvalifikasiya olunacaq. 4. TEXNİKİ TƏLƏBLƏR • Fayl formatı: JPEG • Ən uzun ölçü: 3000 piksel • Məhdudiyyətlər: Təqdim olunan fotolarda çərçivələr, imzalar və əlavə nişanlar olmamalıdır. Fotolar JPG formatında və ən uzun tərəfin minimum ölçüsü 3000px olmalıdır. Fotolarda aydınlığı, parlaqlığı və ya kiçik qüsurları aradan qaldırmaq üçün rəqəmsal olaraq dəyişiklik oluna bilər, lakin məzmun manipulyasiya edilməməlidir. İştirakçılar təsdiq etməlidirlər ki, təqdim olunan bütün fotolar peşəkar kamera və ya cihazlardan istifadə edilmədən yalnız mobil telefonla çəkilib və emal edilib. Bu qaydalara əməl etməyən iştirakçı diskvalifikasiya olunacaq. 5. MÜKAFAT Dörd kateqoriyanın hər birində (Hava, Su, Yer, Yaşıl Enerji) ilk üç fotoya mükafatlar veriləcək. Seçilmiş fotolar sərgidə nümayiş olunacaq. Bütün finalçılar 3 günlük fotoqrafiya kursunun qalibi olacaq. Qaliblərə e-poçt vasitəsilə məlumat veriləcək. 6. ŞƏRTLƏR Bu müsabiqədə iştirak etməklə siz giriş qaydaları və aşağıdakı hüquqi şərtlərlə razılaşırsınız: 6.1. Təqdim etdiyiniz fotoların adınız və yaşadığınız ölkə ilə birlikdə, Avropa İttifaqı (Aİ) nəşrlərində, veb saytlarında, sosial media hesablarında və Aİ-nin fəaliyyəti ilə bağlı digər tanıtım materiallarında, habelə bu yarışmanın təşkilində Aİ ilə əməkdaşlıq edən maraqlı tərəflər və icraçı tərəfdaşlar tərəfindən istifadəsinə razılıq verirsiniz. 6.2. İştirakçılar Aİ-yə əlavə xəbərdarlıq və ya kompensasiya olmadan adlarını, fotolarını, bəyanatlarını və sitatlarını görünmə, təbliğat və tanıtım məqsədləri üçün istifadə etmək hüququnu verirlər. 6.3. Bundan əlavə, iştirakçılar Aİ-yə heç bir əlavə təzminat və ya xəbərdarlıq etmədən öz sənət əsərlərindən istifadə etmək, çoxaltmaq, təkrar çap etmək, yaymaq və ya nümayiş etdirmək hüququnu verirlər. Müsaiqəyə qatılmaqlq, bu Qaydalar və Şərtləri qəbul edirsiniz və uyğunluq tələblərinə cavab verdiyinizi təsdiq edirsiniz. Siz həmçinin müsabiqəyə təqdim edilən fotoların orijinal yaradıcısı olduğunuza zəmanət verirsiniz. Münsiflər heyətinin hüquqları: a) materialı təqdim olunandan başqa kateqoriyaya uyğun qəbul etmək; b) etik və ya hüquqi suallar doğuran hər hansı təqdim edilmiş materialı müsabiqədən kənarlaşdırmaq; c) texniki qüsurları olan hər hansı təqdim edilmiş materialı müsabiqədən kənarlaşdırmaq.