Ödəniş kartları üzrə baş mütəxəssis vakansiyası İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;Sahə üzrə sertifikatların olması üstünlükdür;Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;Normativ sənədləri bilmək. İŞİN TƏSVİRİ:
Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.