Vətəndaş müraciətlərinin statistikası Oktyabrın 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 35 747 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 23 288-i çağrı mərkəzləri, 892-si sosial media, 5 486-sı ”WhatsApp” vasitəsilə olduğu halda, 1 207-si elektron, 1 485-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 389 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi, “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant” müsabiqəsi və digər məsələlərlə bağlı olub.