0702133333

0702133333

Full-Stack Developer vakansiyası
28.10.2024 20:09

 Full-Stack Developer vakansiyası  “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.  Hal-hazırda aktiv olan vakansiya: Full-Stack Developer. Vəzifəyə olan tələblər: ·    Ali təhsil kompyüter elmləri, kompyüter mühəndisliyi, informatika və ya oxşar sahədə olmalıdır; ·    Minimum 3 il full-stack development sahəsi üzrə iş təcrübəsinin olması; ·    HTML5, CSS3, Java və Type biliklərin olması; ·    Əsas front-end framework-lər (React, Angular və ya Vue.js) ilə iş təcrübəsinin olması; ·    Java (Spring Boot ) və PHP dillərində iş təcrübəsinin olması;  ·    SQL (Oracle, MySQL, PostgreSQL) biliklərinin olması; ·    SOAP/RESTful və ya RPC API-lərin dizaynı və inteqrasiyası ilə təcrübə; ·    CI/CD proseslərinin qurulması və konteynerləşdirmə (Docker, Kubernetes) ilə təcrübə; ·    Git, GitHub, GitLab və ya Bitbucket kimi platformalarla işləmə bacarığı; ·    Mikroservis arxitekturası, monolit sistemlər və onların fərqləri ilə bağlı biliklərin olması; ·    MVC, Singleton, Factory və s. kimi dizayn nümunələri haqqında biliklərin olması; ·    Agile, Scrum və ya Kanban kimi layihə idarəetmə metodologiyaları ilə iş təcrübəsinin olması. Vəzifə öhdəlikləri: ·    Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir; ·    İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir; ·    Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır; ·    Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir; ·    Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir; ·    Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın birbaşa rəhbərini məlumatlandırır; ·    Birbaşa rəhbərinin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır; ·    Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir. Namizədlərdən CV-lərini ”Full-Stack Developer” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.