Full-Stack Developer vakansiyası “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Full-Stack Developer. Vəzifəyə olan tələblər: · Ali təhsil kompyüter elmləri, kompyüter mühəndisliyi, informatika və ya oxşar sahədə olmalıdır; · Minimum 3 il full-stack development sahəsi üzrə iş təcrübəsinin olması; · HTML5, CSS3, Java və Type biliklərin olması; · Əsas front-end framework-lər (React, Angular və ya Vue.js) ilə iş təcrübəsinin olması; · Java (Spring Boot ) və PHP dillərində iş təcrübəsinin olması; · SQL (Oracle, MySQL, PostgreSQL) biliklərinin olması; · SOAP/RESTful və ya RPC API-lərin dizaynı və inteqrasiyası ilə təcrübə; · CI/CD proseslərinin qurulması və konteynerləşdirmə (Docker, Kubernetes) ilə təcrübə; · Git, GitHub, GitLab və ya Bitbucket kimi platformalarla işləmə bacarığı; · Mikroservis arxitekturası, monolit sistemlər və onların fərqləri ilə bağlı biliklərin olması; · MVC, Singleton, Factory və s. kimi dizayn nümunələri haqqında biliklərin olması; · Agile, Scrum və ya Kanban kimi layihə idarəetmə metodologiyaları ilə iş təcrübəsinin olması. Vəzifə öhdəlikləri: · Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir; · İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir; · Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır; · Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir; · Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir; · Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın birbaşa rəhbərini məlumatlandırır; · Birbaşa rəhbərinin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır; · Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir. Namizədlərdən CV-lərini ”Full-Stack Developer” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur. Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.