0702133333

0702133333

Qazaxıstanlı elmi işçilər Neft və Sənaye Universitetində olub
28.10.2024 16:58

Qazaxıstanın K.Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin elmi işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübədə olublar. Onlar, həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarında elmi-tədqiqat işləri aparıblar.Bu barədə TƏHSİL.BİZ -ə ADNSU-dan məlumat verilib.ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlarla müvafiq kafedra və dekanlıqlarda görüşlər keçirilib, elmi müzakirələr aparılıb.Həmçinin Qazaxıstan Respublikasının digər ali təhsil müəssisəsinin - Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin magistrantları ADNSU-da Geoloji kəşfiyyat fakültəsində təcrübə keçiblər.Yekunda ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalovla görüşən tələbələr uğurlu təcrübəyə görə sertifikata layiq görülüblər.