0702133333

0702133333

“İqlim Dəyişiklikləri və Məcburi Yerdəyişmə” mövzusunda esse müsabiqəsi elan olunur
07.10.2024 10:38

“İqlim Dəyişiklikləri və Məcburi Yerdəyişmə” mövzusunda esse müsabiqəsi elan olunur.  Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşəbbüsü ilə Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Hüquq fakültələrinin tələbələri arasında “İqlim Dəyişiklikləri və Məcburi Yerdəyişmə” mövzusunda esse müsabiqəsi elan olunur. Müsabiqənin əsas məqsədi tələbələrin qlobal miqyasda əhəmiyyətli olan iqlim dəyişikliyi və onun məcburi yerdəyişməyə təsiri barədə biliklərini artırmaq, bu sahədə düşüncə və təhlil bacarıqlarını inkişaf etdirməkdir. Müsabiqə şərtləri: 1.  Mövzu: “İqlim Dəyişiklikləri və Məcburi Yerdəyişmə” 2.  Müsabiqədə iştirak: Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Hüquq fakültələrinin tələbələri müsabiqədə iştirak edə bilərlər.  3.  Dil: Esselər Azərbaycan dilində yazılmalıdır. 4.  Son təhvil tarixi: 17 oktyabr, saat 23:59 5.  Qayda və tələblər: • Esselər orijinal olmalıdır və plagiat halları qəbul edilməyəcəkdir. • Yazı tərzi aydın və məntiqli olmalı, təqdim olunan arqumentlər əsaslandırılmalıdır. • Essedə istifadə olunan mənbələrə düzgün şəkildə istinad edilməlidir. 6.  Müsabiqə qiymətləndirilməsi: Esselər mövzuya uyğunluq, analitik təhlil, innovativ yanaşma və yazı strukturuna əsasən aidiyyatı beynəlxalq təşkilatlar, dövlət qurumları və BDU akademik heyəti tərəfindən qiymətləndiriləcəkdir. 7.  Mükafatlar: Müsabiqənin qalibləri oktyabr ayının sonunda BDU-nun Hüquq fakültəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən birgə təşkil ediləcək konfransda elan olunacaq, o cümlədən mükafat və sertifikatlarla təltif olunacaqlar. İştirak etmək üçün: Esselərinizi mövzu sətrində “BDU Hüquq Fakültəsi Esse Müsabiqəsi” qeyd etməklə [email protected] elektron poçtuna ünvanlaya bilərsiniz.  Əlavə məlumat üçün BDU-nun Fakültə Tələbə Gənclər Təşkilatı ilə əlaqə saxlaya bilərsiniz.  Müsabiqə iştirakçılarının hər birinə uğurlar arzulayırıq!