0702133333

0702133333

BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub
07.10.2024 12:24

Bakı Dövlət Universitetinin (BDU)  Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2024-cü il 6 oktyabr tarixində  BDU-nun bir qrup əməkdaşı və tələbələri Vətən müharibəsi şəhidi, İlahiyyat fakültəsinin məzunu Vüqar Məmmədovun anım günündə məzarını ziyarət edilib. Ziyarətdə BDU-nun Şərqşünaslıq fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli, THİK sədri Zöhrab Cavadzadə və Təşkilatın fəal üzvləri iştirak edib.Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. Sonra Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. O,  2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində iştirak edərək, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə fədakarlıq və igidlik nümunəsi göstərib. Vüqar Məmmədov Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Allah şəhidlərimizə rəhmət eləsin!