0702133333

0702133333

Kreditorlar üzrə aparıcı mühasib vakansiyası
07.10.2024 10:00

”Veysəloğlu” MMC Maliyyə direktorluğu Kreditorlar üzrə aparıcı mühasib vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Vəzifə öhdəlikləri: - Yeni bağlanan xidmət müqavilələrin Mühasibatlıq şöbəsinə aid maddələrinin kontrolu, şərhlərin verilməsi; - Ay sonunda Müxabirləşmə üzrə üzrə cari qalıqlarının kontrolu; - Xarici fabriklərə rəsmi məktubların yazılması və icrayadək gedişatın izlənməsi; - Yerli tədarükçülərin ödənişlərin icrası və nəzarəti, gələn mədaxillərə nəzarət etmək, banklara sənədlərin təqdimi; - Xarici tədarükçülərlə debitor və kreditor kvartal üzləşmələrin aparılması; - Aylıq xərcləri (promo on, trade terms, space rent, utilization, dashboards və s.) fabriklə razılaşdırılmış formatda hesabatların təqdim olunması; - Ezamiyyət xərclərinin kontrolu və tədarükçü hesabatlarında əks olunması; - Aylıq gəlir və xərclərin hesabatda əks olunması Tələblər: - Ali təhsil; - Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; - MS Office proqramların biliyi (MS Excel yüksək səviyyədə);  - SAP proqramından istifadə təcrübəsi arzuolunandır; - Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı, ingilis dili arzuolunandır; - Məntiqi və analitik düşünmə bacarığı; - Problemləri həll etmək bacarığı. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: – İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; – Nahar ilə təmin edilmə. Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kreditorlar üzrə aparıcı mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına  göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.