0702133333

0702133333

”Kopirayter” vakansiyası
19.09.2024 16:49

”Kopirayter” vakansiyası Tələblər: - Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə; - Azərbaycan və Rus dilində səlis danışma və yazma qabiliyyəti; - Yaradıcı düşüncə; - Komanda ilə işləmə bacarığı; - Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək bacarığı; - Yüksək dərəcə icraçıcılıq bacarığı, məsuliyyət, düzgünlük, operativlik, punktuallıq, dəqiqlik kimi şəxsi keyfiyyətlər; - Deadline ilə işləmə bacarığı. Vəzifə öhdəlikləri: - Sosial media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar, aydın mətnlər yazmaq və redaktə etmək; - Sosial media üçün yaradıcı kampaniya təkliflərini təqdim etmək; - Sosial media üçün strategiyaların hazırlanması, kontent yaradılması (konsepsiya, mətn, brief) və idarə edilməsi; - Azərbaycan və rus dillərində müxtəlif məzmunlu, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq və redaktə etmək; - Kampaniyalar üçün sloqanlar və adlandırmalar düşünmək; - Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq; - Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq; - Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq. İş şəraiti: - 5 günlük iş qrafiki; İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları mövzu hissəsində ”Kopirayter” qeyd etməklə [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.