0702133333

0702133333

Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
19.09.2024 04:27

İlkin məlumata görə, yerli vaxtla saat 03:47-də Xəzər dənizində 4 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, sentyabrın 14-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ baş verib.

Bizim WhatsApp kanalımıza abunə olun