0702133333

0702133333

Abituriyentlər üçün informatika hazırlığı
Qiymət: 15 azn

I ixtisas qrupu üzrə abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Riyaziyyat (nisbi əmsal: 1,5), Fizika (nisbi əmsal: 1,5) və Kimya (nisbi əmsal: 1) fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənnlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənnlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. Abituriyentlər qəbul imtahanının birinci mərhələsində isə hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 bal toplaya biləcəklər. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində 2 dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız 1 imtahanda iştirak edə bilər.






Əziz abituriyenlər və şagirdlər !

  • Artıq 14 ildir ki, fəaliyyət göstərən "BƏLƏDÇİ İNFORMATİKA MƏKTƏBİ"  abituriyent istiqaməti üzrə öz uğur faizi ilə daim seçilmişdir.
  • 9,10,11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı bütün filiallarında mövcüddur.
  • Dərslər yeni təhsil proqramı (Kurikulum) əsasında hazırlanmış proqramlar əsında  keçirilir.

ABİTURİYENT KURSLARINDA TƏDRİS I İXTİSAS QRUPLARI ÜZRƏ APARILIR.

         I     qrup  - Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, İngilis dili

     DƏRSLƏR

  • Dərslər ixtisas qrupları üzrə 8-9-10-11 siniflərə həftədə 21 saat tədris olunur.
  • Dərslər saat 14:00-da başlayır 21:00-də bitir
  • Dərslər qrup şəklində keçirilir və hər qrupda müxtəlif sayda şagird olur.
  • Dərslər sentyabrın əvvəli başlayır, Qəbul İmtahanına 3 gün qalana kimi davam edir.
  • Müəllim kollektivimiz
    Kursumuzda öz sahəsində peşəkar olan, kitab və nəşrlər hazırlamış, uğurlu fəaliyyətləri ilə özünü isbatlamış müəllimlər dərs keçir.
  • Siniflərimiz
    Siniflərimiz müasir tələblərə cavab verən, sakit bir şəraitdə dərs keçirilməsi məqsədi ilə təmiz bir şəkildə dizayn edilmişdir.
  • İmtahanlarımız
    İmtahanlarımız DİM-in qəbul proqramı əsasında hazırlanır. Şagirdin bilik səviyyəsini artırır, diqqətli olmasını, sürətli çalışmasını öyrədir və nəticələr optik oxuyucu vasitəsi ilə oxunub şagirdlərə verilir. Tədris ilinin əvvəlində səviyyə təsbit imtahanı ilə şagirdlər topladığı bala uyğun olaraq yerləşdirilir.
  • Kuizlər
    İl ərzində hər fənnin mövzularına uyğun olaraq həftəlik imtahanlar keçirilir ki, bunun da əsas məqsədi ondan ibarətdir ki abituritentlərin mövzuları mənimsəmə səviyyəsi müəyyənləşdirilir.
  • Mövzu Sınaqları
    Hər ay keçirilən mövzu sınaqları abituriyentlərin bir ay ərzində öyrəndikləri mövzuları əhatə edir. Bu sınaqların nəticəsində abituriyentlərin inkişaf tempi, keçirilən mövzuların mənimsənilmə səviyyəsi müəyyənləşdirilir.
  • Ümumi Sınaqlar
    Aprel ayından etibarən hər ay keçirilən Ümumi Sınaqlar abituriyentlərin il ərzində öyrəndikləri bütün mövzuları əhatə edir. Beləliklə, abituriyentlər Qəbul İmtahanına hazırlıq səviyyələrini müəyyənləşdirirlər.
  • Mövzu və Ümumi Sınaqların digər əhəmiyyəti də ondan ibarətdir ki, il ərzində 20-yə yaxın imtahanda iştirak edən abituriyentlər Qəbul imtahanının psixoloji həyəcanindan xilas olurlar.

    TƏDRİSDƏ NƏZARƏT
  • Şagirdin dərsə davamiyyəti ciddi şəkildə təqib olunur. Davamiyyəti aşağı olan şagirdin valideynləri ilə əlaqə saxlanılaraq məlumatlandırılır. Rəy jurnalı valideynlərə  oxunur  və  tədbirlər  görülür.
  • Hər il may ayında kursumuza qəbul imtahanı keçirilir ki, bu imtahanlarda nəticələri yüksək olan tələbələr onlar üçün nəzərdə tutulmuş müəyyən güzəştlərdən yararlana bilər.

Magistraturaya Hazırlıq

 

Kursun adı Davametmə müddəti Həftəlik dərs Aylıq Qiymət/AZN Qrupun tərkibi
Ay Saat Dərs/saat Fərdi Qrup Sayı
İnformatika 9 24 3 150 60 10-16

Cədvəldəki Qiymətlər 1 ay üçün nəzərdə tutulmuşdur.
Saat 17:30-dan sonra fərdi ödənişlər 20AZN, qrup ödəmələri isə 10AZN yüksək olur