Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır. Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.