0702133333

0702133333

Beyrək Etibar oğlu Aydəmirov

Beyrək Aydəmirov 1990-cı ilin avqustun 13-də Şabran rayonu Çayqaraqaşlı kəndində anadan olub. Hələ 6 yaşında ikən atasını itirib. Məzarı Şabran rayonu Çayqaraqaşlı kənd qəbirstanlığında yerləşir.Şəhidimizin Dilək adlı bir qız övladı bizə əmanətdir. 1997-ci il Şabran rayonu Çayqaraqaşlı kənd orta məktəbinə daxil olub, daha sonra isə təhsilini Şabran rayonu Çolquşçu kənd tam orta məktəbində davam edib. 2008-ci ildə hərbi xidmətə çağırılıb və 112 nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2010-cu ildə hərbi hissədən ehtiyata buraxılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən sonra mexanik sürücü, 2-ci tank taborunun rabitə tağımında idarəetmə manqasında baş sürücü mexanik vəzifəsində xidmət edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, borcunu ləyaqətlə yerinə yetirib. Füzuli rayonunun azad olunması uğrunda döyüşüb. 8 oktyabr tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən şəhid Aydəmirov Beyrək Etibar oğlu ölümündən sonra “Vətən uğrunda”, "Füzuli rayonunun azad olunmasına görə" medalları ilə təltif olunub