0702133333

0702133333

Ağabala İlqar oğlu Ağayev

Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlandırılırdı) Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır. Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində şəhid olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.