0702133333

0702133333

Zəka Zakir oğlu Abışov

Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur. 2016-cı ildə orta təhsilini bitirib "İnşaat qəlibsiçi" ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür.. Komandirlərinin söylədiyinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından fərqlənmişdir. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində — qoşunların öz xətt bölmələrində (birinci eşalon) keçirimişdir. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli rayonunda döyüşlərə qatılmış, Füzuli əməliyyatında və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişdir. Abışov Zəka noyabr ayının əvvəlləri düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi 22 noyabr tarixində Qızıldaş qəsəbəsinə gətirilmiş, burada qəsəbə sakinləri tərəfindən böyük izdihamla qarşılanmış və ailəsinə təhvil verilmişdir. Şəhid ertəsi gün — 23 noyabr tarixində Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırılmışdır. Vida mərasimində Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qızıldaş bələdiyyəsinin sədri İdris Alışanov, sədr müavini Fərid Tağıyev iştirak edib.