0702133333

0702133333

Sərxan Elxan Oğlu Abdullayev

Sərxan Abdullayev 1988-Ci Il Noyabrın 2-Də Qazax Şəhərində Anadan Olub. Atası — Birinci Qarabağ Müharibəsinin Veteranı Elxan Abdullayevdir. 1995- 2006-Cı Illərdə Qazax Şəhərində M. Hüseyn Adına Humanitar Və Təbiət Fənnləri Üzrə Liseydə Təhsil Alıb. Cəmilə Abdullayeva Ilə Ailəli Idi. Orxan Və Turan Adında 2 Övladı Yadigar Qaldı. Sərxan Abdullayev 2006-2008-Ci Illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda Yerləşən “N” Saylı Hərbi Hissəsində Müddətli Həqiqi Hərbi Xidmətdə Olub. 2008-Ci Ildən Isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda Yerləşən “N” Saylı Hərbi Hissəsində Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu Idi. 26.06.2018 — “Qüsursuz Xidmətə Görə” 3-Cü Dərəcəli Medalı Ilə Təltif Edildi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Giziri Olan Sərxan Abdullayev 2020-Ci Il Sentyabrın 27-Də Azərbaycan Silahlı Qüvvələri Tərəfindən Ermənistan Işğalı Altında Olan Ərazilərin Azad Edilməsi Və Azərbaycanın Ərazi Bütövlüyünün Bərpa Olunması Üçün Başlanan Vətən Müharibəsi Zamanı Murovdağ Istiqamətində Gedən Döyüşlərdə Savaşıb. Sərxan Abdullayev Sentyabrın 27-Də Murovdağ Döyüşləri Zamanı Şəhid Olub. Qazax rayonunun Ağköynək Kəndində Dəfn Olunub. Azərbaycanın Ərazi Bütövlüyünün Təmin Edilməsi Uğrunda Döyüş Əməliyyatlarına Qatılan Və Hərbi Hissə Qarşısında Qoyulmuş Tapşırıqların Icrası Zamanı Vəzifə Borcunu Şərəflə Yerinə Yetirdiyi Üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-Ci Il Tarixli Sərəncamına Əsasən Sərxan Abdullayev Ölümündən Sonra “Vətən Uğrunda” Medalı Ilə Təltif Edildi. Azərbaycanın Kəlbəcər rayonunun Işğaldan Azad Edilməsi Uğrunda Aparılan Döyüş Əməliyyatlarına Qatılaraq Şəxsi Igidliyi Və Şücaəti Nümayiş Etdirdiyinə Görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-Ci Il Tarixli Sərəncamına Əsasən Sərxan Abdullayev Ölümündən Sonra “Kəlbəcərin Azad Olunmasına Görə” Medalı Ilə Təltif Edildi.