0702133333

0702133333

İntiqam Allahverdi oğlu Abdullayev

 İntiqam Abdullayev 12 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur. Orta təhsilini şəhid Surxay Rzayev adına Düylün kənd məktəbində almışdır. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdu..Bununla da hərbi fəaliyyəti başlamışdı.O, 2016-cı ildə liseyi idman (voleybol) üzrə fərqlənmə dərəcəsi ilə bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuduğu müddətdə, öz sevimli idman məşğuliyyəti olan voleybolu davam etdirmişdi. Qatıldığı yarışlarda dəfələrlə fərqlənən İntqam Abdullayev, fərdi və komanda şəklində medallara, fəxri fərmanlara və fərqlənmələrə layiq görülmüşdü..Bununla yanası o Türkiyə və Gürcüstanda da keçirilən voleybol yarışlarında öz komandasının iştirakı ilə ard-arda iki dəfə qalibiyyətə imza atmışdı. Hər iki ölkədə də fərqlənən İntiqam Abdullayev, sonradan bu komandanın kapitanı kimi də çıxış etmişdi. İdmanla yanaşı öz hərbi ixtisasında da daim üçrəngli Azərbaycan bayrağını zirvələrdə tutan Abdullayev, 2020-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini "Motoatıcı" ixtisası üzrə bitirmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra "leytenant" hərbi rütbəsi alan İntiqam Abdullayev dəfələrlə uğurlu əməliyyatlara imza atmış və böyük döyüş yolu keçmişdi. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmişdi. Daha xidmətinin 2-ci ayında olmasına baxmayaraq, leytenant Abdullayev "N" saylı Hərbi hissənin "Ən yaxşı Taqım Komandiri" adına layiq görülmüş və "N" saylı Hərbi hissənin briqada komandiri tərəfindən "Fəxri fərman" və qiymətli hədiyyə ilə mükafatlandırılmışdı. Azərbaycan Ordusunun leytenantı olan İntiqam Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. 2 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İntiqam Abdullayevin cənazəsi uzun müddət düşmən tərəfdə qalır. O uzun müddət itkin düşmüş sayılır. Şəhadətindən 165 gün sonra onun şəhid xəbəri gəlir. Şəhid Ordubad rayonunun Düylün kəndində dəfn olunub.