Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmişdir.626 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. Hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. 2014-cü ilin məzunu Mehralıyev Sarvan Natiq oğlu Aprel döyüşlərində qəhrəmanlıq göstərərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmışdır.Sarvan Mehralıyev Lələtəpənin ilk şəhididir.Vətən müharibəsində 2010-cu il məzunu, baş leytenant Babayev Vüsal Sübbuh oğlu və 2018-ci il məzunu Nəbiyev Elmar Elman oğlu qəhrəmanlıq göstərərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmışlar.Kollektiv sinifdənxaric və məktəbdənkənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edir, uğurlar qazanırlar. Məzunların ali və orta ixtisas məktəblərinə qəbulu ildən-ilə artır.
Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 104 sinifdə 2522 şagird təhsil alır. Məktəbdə iki bölmə - Azərbaycan və rus bölmələri vardır. Məktəb iki növbəlidir, altı günlük iş rejimi ilə işləyir.1955-ci ildən etibarən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə məktəb görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 134 müəllim məşğuldur. Sabunçu rayon RTŞ-nin 40 saylı 2004-cü il tarixli əmri ilə 2004-cü ildə rayon miqyasında məktəbin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır. Məktəb 9 il ardıcıl olaraq “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Bakı şəhəri Sabunçu rayonu 188 №li tam orta məktəb üç korpusdan ibarət olmaqla, qəsəbə sakinlərinin övladlarını öz qoynuna alaraq onlara bilik verir . İlk korpus 1961- ci ildən fəaliyyət göstərməyə başlamışdır. Qəsəbədə əhalinin çoxalması və qoşa siniflərin artması nəticəsində 1985 –ci ildə böyük idman zalı və akt zalından ibarət səkkiz sinif otaqlı ikinci korpus da istifadəyə verildi. Get- gedə qəsəbə daha da böyüdü. Məktəbin nüfuzu şagirdlərin də sayının artmasına səbəb oldu və bunun nəticəsidir ki, yeddi sinif otağından ibarət üçüncü korpus da 2008–ci ildə tikilərək istifadəyə verildi. Hal -hazırda məktəbdə 41 sinif olmaqla (3 məktəbəhazırlıq qrupu və 1 fərdi qrup) 1024 şagird təhsil alır. 56 nəfərdən ibarət müəllim kollektivi şagirdlərin təlim - tərbiyəsi ilə məşğul olur. Hər il təxminən məktəbin məzunlarının 40 % -i ali məktəblərə daxil olaraq təhsillərini davam etdirirlər. 2015-2016-ci tədris ilində məktəbimizin 2 məzunu ali məktəblərə qəbul imtahanında 600-dən çox bal toplamışdır.
Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Məktəbdə 102 nəfər müəllim çalışır. Cari dərs ilində məktəbin 58 sinfində 1458 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 25 nəfər, şagird-müəllim nisbəti 13-dir. Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb beş günlük iş rejimində, 2 növbədə işləyir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə 191 saylı orta məktəb 2008/2009-cu tədris ilində keçirilmiş “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş, Azərbaycan Respublikası Təhsil Naziri Misir Mərdanov tərəfindən təltif edilmişdir. 2012-2013-cü tədris ilində isə ikinci dəfə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür. Şagirdlər hər iki növbədə dövlət himninin sədaları altında məktəbə daxil olur. Məktəb kabinet sistemində fəaliyyət göstərir,hər bir kabinet əyani vəsaitlərlə zənginləşdirilmişdir.
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 192 nömrəli tam orta məktəb 1936-cı ildən etibarən fəaliyyət göstərir. Məktəbdə təhsil alan ibtidai sinifləri üç növbəli, yuxarı siniflərimiz isə iki növbəlidir. 6 günlük təhsil sistemi ilə fəaliyyət göstəririk .Məktəbin layihə tutumu 850 yerlikdir. Hazırda məktəbdə 2281 şagird təhsil alır. Xarici dil kimi ingilis və rus dilləri tədris olunur.
Məktəbin güclü pedaqoji kadr potensialı var. Məktəbin yüzlərlə məzunu ali təhsil alıb, respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz töhvəsini vermişdir. Məktəb yetişdirdiyi şagirdlərlə həmişə fəxr edib. 192 nömrəli məktəb ali məktəbə şagird qəbulu üzrə Sabunçu rayon məktəbləri arasında yüksək nəticələri ilə öndə olmuşdur. Ali məktəblərə qəbul imtahanında 192 nömrəli məktəbin məzunları daim uğurlar əldə edib. 2017-2018 ci tədris ilinin tələbə qəbulunda Anar Kərimxanov IV qrup üzrə 700 bal toplayaraq yüksək nəticə əldə etmişdir. Həmin il məzunlarımızdan 8 nəfər 600 baldan yuxarı bal toplamışdır. 2018-2019-cu tədris ilində 4 məzunumuz 600 baldan yuxarı nəticə göstərmiş, Səbinə Zülfiyeva isə blok imtahanında maksimum nəticə-400 bal toplayaraq uğur əldə etmişdir.Bununla yanaşı sinfimizdən birinin bütün şagirdləri tələbə adını qazanmışdır. Ümumilikdə isə 61 məzunumuz tələbə adı qazanmışdır. 2019-2020-ci tədris ilində 70 məzunumuz tələbə adı qazanmış, onlardan 9 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir, Rəvan Namazov isə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.7 bal əldə etmişdir. 2020-2021-ci tədris ilində 106 məzundan 90 nəfəri ali təhsil müəssisələrinə sənəd vermiş, 73 məzun tələbə adını qazanmışdır. Ümunilikdə qəbul faizimiz 81% olmuşdur. Məzunumuz Mirsaleh Məmmədov II ixtisas qrupu üzrə blok imtahanında maksimum nəticə-400 bal toplayaraq uğur əldə etmişdir. Bununla yanaşı M. Məmmədov RFO-da II yerə layiq görülmüş, Coğrafiya fənni üzrə Beynəlxalq Avropa olimpiadasında Azərbaycanı təmsil edəcək qrupda iştirak hüququ qazanmışdır. Məktəbimizdə hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir. 27 sentyabr 2020-ci il tarixində başlamış II Qarabağ müharibəsində canından keçərək şəhid olmuş-Adışov Qüdrət, Eyvazlı Rüfət, Qasımov Kamran, Muradov Siyavuş, Nudirəliyev Zaur kimi daim qəlblərdə yaşayan məzunlarımız var. Məktəbimizin kollektivi məktəb və məktəbdən kənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edirlər. Ötən il məktəb rəhbərliyinin pedaqoji heyəti birgə təşkilatçılığı ilə məktəbimizdə “Zəfər tarixi” muzeyi yaradılmışdır. Bununla yanaşı ibtidai siniflər üçün “Nağıllar aləmi” təşkil olunmuşdur.
Şagirdlərimiz müxtəlif idman növləri ilə məşğul olur və uğurlar qazanırlar.Məktəbin idarə olunmasında təlim-tərbiyə prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. Məktəbdə bədii ədəbiyyat və eləcə də dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılmışdır. Məktəb 2017-2018-ci tədris ilində əsaslı təmir edilib. 13 sentyabr 2018-ci il tarixində Prezident İlham Əliyev məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanmaq üçün məktəbə gəlmişdir. Dövlət başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetləri və sinif otaqlarında yaradılan şəraitlə tanış olmuşdur.
Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəb 1930-cu ildə tikilmişdir. 2013-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəb əsasli təmir olunub. Məktəb Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli , 1581 nömrəli Sərəncamı ilə 2010/2011-ci tədris ilində keçirilmiş “50 Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qalibi olmuşdur. Məktəbin direktoru Nihal Hacıyeva Əlisurət qızıdır.Məktəbimiz Azərbaycan Pespublikası Milli Olimpiya Komitəsi tərəfindən Formula 1 Azərbaycan Qran-Pri yarışmaları zamanı "Azərbaycan Respublikası" mədəniyyəti,incəsənəti və tarixinin yüksək səviyyədə təqdim olunmasına görə təltif olunmuşdur.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərnaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim"fəxri adının verilməsi ilə bağlı sərəncamına əsasən məktəbimizin direktoru R.H.Hüseynov "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.Məktəbimizdə çalışan müəllimlər arasında "Tərəqqi medalı" ilə təltig olunmuş, "İlin müəllimi" müsabiqəsinin qalibi olmuş, "Elmlər namizədi" olan müəllimlərimiz var.Onlar şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olurlar.Məktəb bir korpuslu bimadan ibarətdir və 2 növbəlidir. Məktəbdə 138 müəllim, 53 sinif və 1594 şagird var. Müasir tələblərə uyğun sinif otaqları, fənn otaqları, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, oxu zalı, idman zalı, tibb məntəqəsi və bufet var. Bundan əlavə kompyuter avadanlıqları ilə təchiz olunmuş otaqlar da şagirdlərin istifadəsindədir. Məktəbimizdə olan geniş akt zalı müxtəlif tədbirlərin keçirilməsində fəaliyyət göstərir. Məktəb fəaliyyət göstərdiyi illər ərzində yetirdiyi şagirdlərlə həmişə fəxr edib.