0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

M.N.Tusi adına 173 nömrəli tam orta məktəb Bakı şəhəri Yasamal rayonunda yerləşir. Məktəb 1935-ci ildə inşa edilmişdir. 1941-1945-ci il Böyük Vətən müharibəsi illərində məktəb binasından hərbi hospital kimi istifadə olunmuşdur. Məktəb birtiplidir. Hörmətli prezidentimiz İlham Əliyevin və ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın şəhər və regionlarda təhsil ocaqlarının yenidən qurulması, təmir edilməsi, xalqın ixtiyarına verilməsi ilə əlaqədar gördükləri xeyirxah işlər nəticəsində məktəb 2012-ci ildə əsaslı şəkildə təmir edilmiş və prezidentin şəxsən özünün iştiraki ilə açılışı olmuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika, biologiya fənn kabinələri, laboratoriyalar, informatika otağı fəaliyyət göstərir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə öz peşəsini gözəl bilən 45 nəfər təcrübəli müəllim heyəti məşğul olur. Onlardan Ənvər Babayev Salman oğlu “Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman işçisi” fəxri adını daşıyır. Gülsarə İmanova Əsgər qızı isə AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantıdır. Eyni zamanda şagirdlərin əksəriyyətinin idmana marağı olduğunu nəzərə alaraq “Gənc idmançılar dərnəyi” də fəaliyyət göstərir. Bütün lazımi avadanlıqlarla təchiz olunmuş şahmat kabineti mövcuddur. İdmançı şagirdlər rayon, şəhər və Respublika üzrə keçirilən idman yarışlarında fəal iştirak edib, I,II,III yerləri tutaraq müxtəlif medal və fəxri diplomlarla təltif olunublar. Məktəb öz fəaliyyətini valideyn əməkdaşlığı üzərində qurub. Valideynlərin məktəb idarəetməsinə cəlb edilməsi və valideyn məsuliyyətinin artırılması məqsədi ilə vaxtaşırı “Açıq qapı” günləri təşkil olunur. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə İllik Fəaliyyət planına uyğun olaraq qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatlar, seminar və dəyirmi masalar təşkil olunur, istedadlı şagirdlərlə fərdi iş aparılır, fənn aylıqları keçirilir, açıq dərslər verilir, fənn gecələri, şair və yazıçılarla görüşlər, viktorinalar təşkil olunur. “Məktəb Kiçik Akademiyası”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialı və yaradıcılığı üzə çıxarılır. Müasir dərsə verilən tələblər ödənilir. Fənlərin tədrisində İKT avadanlıqlarından geniş istifadə olunur.

Məktəbin uğurlu tarixi vardır. Bir sıra görkəmli şəxsiyyətlər, incəsənət xadimləri bu məktəbin məzunları olmuşlar.

Haqqında

Bakı şəhəri Yasamal rayonu 175 №-li tam orta məktəb 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan Həzi Aslanovun adını daşıyır. 1953-cü ildən fəaliyyət göstərir və iki korpusdan ibarətdir. Şagird tutumu 1000 nəfərdir, 1382 şagirdin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur, onlardan iki nəfəri fəlsəfə doktoru, iki nəfəri isə qabaqcıl təhsil işçisidir. Məktəb təhsilin məzmun və keyfiyyətinin müasir səviyyədə qurulması istiqamətində daima axtarışdadır, bunun nəticəsidir ki, Yasamal rayonunda olan qabaqcıl məktəblərdən biridir. Tələbə qəbulu üzrə göstərici daima 57-67% səviyyəsində olmuşdur. Məktəbin idman yarışlarında (basketbol, şahmat, çoxnövçülük və s.) nailiyyətləri böyükdür. Rəsm müsabiqələrində dəfələrlə layiqli yerlər tutmuşlar.

Haqqında

Məktəbimiz Bakı şəhərində qocaman təhsil ocaqlarından biridir. Məktəb 1934-cü ildə inşa edilmiş və fəaliyyətə başlamışdır, bir korpusdan ibarətdir, şagird tutumu 860 nəfərdir, 805 şagirdin təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur, onlardan bir nəfəri əməkdar müəllim, bir nəfəri isə texniki elmlər namizədidir. Məktəb təhsilin məzmun və keyfiyyətinin müasir səviyyədə qurulması istiqamətində daima axtarışdadır, bunun nəticəsidir ki, Yasamal rayon məktəbləri arasında qabaqcıllardandır. Məktəbin 2014/2015-ci il məzunu olan 3 nəfər 500-dən yuxarı bal toplamışdır. Məktəbdə şagirdlərin vətənpərvərlik, xüsusilə, hərbi vətənpərvərlik tərbiyəsinin, milli iftixar hissinin artırılmasında, milli zəmin, ümumbəşəri dəyərlərə əsaslanmaqla siyasi, maarifi, əxlaqi və estetik tərbiyənin təşkilində sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə geniş yer verilir. Şagirdlərimiz müxtəlif yarışlarda, inşa, şeir, rəsm müsabiqələrində fəal iştirak edirlər ki, bu da onların dünyagörüşlərinin formalaşmasında mühüm rol aynayır. Məktəbin idman yarışlarında (karate, cüdo, güləş, basketbol, futbol və s.) nailiyyətləri böyükdür. Rəsm, rəqs və şeir müsabiqələrində dəfələrlə layiqli yerlər tutmuşlar. Məktəbimiz uzun illər Bakı şəhərində özünəməxsus dəsti–xətti ilə seçilən məşhur məktəblər sırasında olmuşdur. Hər bir məktəbin fəaliyyətini dəyərləndirən onun məzunlarının cəmiyyətdəki mövqeyidir. Hər birimiz Ulu Öndərimizin təbirincə desək - “Həyatda qazandığımız uğurlara görə məktəbə, müəllimə borcluyuq”. 176 №–li məktəbin məzunları arasında da müstəqil Azərbaycanı ləyaqətlə təmsil edən, onun çiçəklənməsinə öz fəaliyyətləri ilə töhfə verənlər çoxdur. Məktəbdə xarici dil kimi rus, ingilis və alman dilləri tədris edilir. V-XI siniflərdə isə ingilis dili ilə yanaşı ikinci xarici dil kimi rus dili, alman dili tədris olunur. Şagirdlərin istedadınının aşkara çıxarılması, onun gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə məktəbdə 9–cu siniflərdən başlayaraq şagirdlərin meyl, maraq və qabiliyyətləri əsas götürülməklə texniki – riyaziyyat, humanitar və ictimai təmayüllü seçmə siniflər yaradılır. Məktəbin 6 ibtidai sinif otağı Promethan İnteraktiv lövhələri ilə təmin olunmuşdur. Mütəmadi olaraq məktəbin fəaliyyətini təmin edən, inkişafetdirici rejimdə işləməsinə zəmin yaradan, keyfiyyət göstəricilərinin yüksədilməsinə xidmət edən təşkilati – pedaqoji kompleks tədbirlər həyata keçirilir. Məktəbin müəllimlərinin İKT – dən istifadə bacarıqlarının artırılması məqsədilə onların tam əksəriyyətinin “İntel”, “Mədəd” kurslarına cəlb olunması işlərinin səmərəsini artırmışdır. Müəllimlər mütəmadi olaraq ixtisasartırma və kurikulum kurslarında, həmçinin, treninqlərdə, konfranslarda, sərgilərdə, iştirak edirlər.

Haqqında

Bakı şəhəri 177 nömrəli tam orta məktəb 1933-cü ildə tikilib. Məktəb 2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “İlin ən yaxşı məktəbi” adına layiq görülüb. Məktəb 850 şagird üçün nəzərdə tutulub. 2006-cı ildə məktəbyanı boş sahədə 180 şagird yerli əlavə tədris korpusu inşa edilib. 2012-ci ildə məktəb dövlət tərəfindən əsaslı təmir olunub. 2021-2022-ci tədris ilində şagird sayı artaraq məktəbdə 1505 şagird 51 sinifdə komplekləşib. Məktəbdə 3 məktəbəqədər hazırlıq qrupu və 2 günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəb 3 növbəli, 5 günlük iş həftəsi ilə işləyir. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin təlim tərbiyəsi ilə 93 pedaqoji işçi məşğul olur. Pedaqoji kollektivin 92 faizi təhsilli müəllimlərdən ibarətdir. Onlardan "Əməkdar müəllim", "Qabaqcıl təhsil işçisi" adına, “Tərəqqi medalı”na layiq görülmüş müəllimlərimiz var. Məktəb "Pətək İB" nin "Sağlam qida -Sağlam nəsil" layihəsi, “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” layihələrinə qoşulub. Məktəb “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” müsabiqəsinin ən fəal məktəbi seçilib, diplomla təltif olunub. Şagirdlərdə liderlik və yaradıcı təfəkkürü inkişaf etdirən “Kiçik Akademiya” fəaliyyət göstərir. “Sabahın alimləri" VI və VII Respublika Müsabiqəsində iştirak edən şagirdlərimiz II yeri tutaraq gümüş medala, "Sabahın alimləri" VIII Respublika Müsabiqəsində məktəbin 10 "A" sinif şagirdi Nurullayeva Selcan Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Məmmədzadə Vaqif ilə birgə I yeri tutaraq qızıl medala,

2020-ci il 11-13 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri” IX Respublika Müsabiqəsində məktəbimizin şagirdləri Qalib Qasımov və Cəmil Xəlilov "Tibb və sağlamlıq" üzrə 3-cü yer, Selcan Nurullayeva və Tuba Əliyeva "Biologiya" üzrə 3-cü yer, Leyla Məmmədzadə "Riyaziyyat" üzrə 2-ci yerə layiq görülüblər.

Məktəbin zəngin kitabxanası mövcuddur. Şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə kitabxananın illik iş planına uyğun olaraq mütəmadi şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir. Məktəbin əsas məqsəd və vəzifələri ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli təhsil almalarını təmin etməkdir. Məktəbdə şagirdlərə əsaslı bilik verməklə yanaşı onların yüksək mənəviyyatlı və milli – mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirilir. Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşması, onların bilik və bacarıqlarının möhkəmlənməsi məqsədi ilə əyləncəli fənn gecələri, viktorinalar, diskusiya klubları və s. bu kimi tədbirlər təşkil edilir. Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbdə həmçinin 6 ,7 , 8 -ci siniflərdə STEAM dərsləri də tədris olunur. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

Haqqında

Əsası 1970-ci ildə qoyulmuş şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.Məktəb 2 korpusdan ibarətdir,46 sinifdə 1138 şagird təhsil alır və onların tərbiyəsi ilə 98 müəllim məşğul olur.Məktəb 2010-2011-ci tədris ilində əsaslı təmir olunmuşdur və müasir təlabata tam uyğun olan sinif otaqları, fənn kabinetləri,idman zalı, stadion, akt zalı,tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq da məşğul olur. Onların sağlamlığına həkim nəzarət edir. Yeni dərs ilində 1-ci sinfə daxil olan şagirdlərlə əlavə məşğələlər keçirilir.Bu da onların yeni dərs ilində məktəbə hazırlığına köməklik yaradır. Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir “evdir”. Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə,teatrlara və s.) tanışlıq ekskursiyaları təşkil olunur. Məktəb daxilində yaradılmış şərait, dostluq və diqqət mühiti günü-gündən inkişaf edir. Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır. Biz məqsədyönlü liderlər yetişdirməyə səy göstəririk. Şagirdlərimiz Olimpiada yarışlarında da fəal iştirak edir.Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim məktəbimizə yeni-yeni şagirdlər qəbul edilir. Deməli, bizi yeni kəşflər və nailiyyətlərlə dolu maraqlı həyat gözləyir.

Haqqında

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 №-li tam orta məktəb 1936-cı ildə inşa edilmişdir. Məktəb Milli Qəhrəman Qorxmaz Baxşıyevin adını daşıyır. Qorxmaz Baxşıyev 16 iyun 1940-ci ildə Bakı şəhərində anadan olmuşdur. Binəqədi rayonundakı 179 №-li tam orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 1990-cı il hadisələrində təcili yardımda işləmiş və xeyli yaralının həyatını xilas etmişdir. 1992-ci il fevral ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, Şuşa, Xocalı rayonlarında baş verən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin mayın 18-də komandirini və 120 nəfər döyüş yoldaşını xilas edərkən ağır yaralanaraq həlak olmuşdur.

Məktəb inşa olunan zaman 440 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 2006-ci ildə əlavə olaraq 14 sinif otağından ibarət daha bir korpus inşa edilərək istifadəyə verilmişdir. 2011-ci ildə məktəb əsaslı şəkildə təmir olunmuşdur. Məktəbdə həm azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir.

2018-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamına əsasən "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən məktəb üçün yeni dörd mərtəbəli 1416 nəfərlik korpus inşa edilib. Hal –hazırda məktəbdə 2847 nəfər şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 154 nəfər müəllim məşğul olur. Məktəb beş günlük, 2 növbəlidir.