0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəbin binası 1969 - cu ildən inşa edilmişdir və 1991 - ci ilə qədər 2 № li internat məktəbi kimi fəaliyyət göstərmişdir. Nazirlər kabinetinin 7 may 1991- ci li tarixli, 123 saylı qərarına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 1991 - ci il tarixli, 422 saylı əmrinə əsasən internat məktəbinin yerləşdiyi bina eksperimental təmayüllü orta ümumtəhsil məktəbinə verilmiş, 1991-1992 -ci il ilk dərs ilində pedaqoji kollektiv 260 şagirdin təlim- tərbiyəsi ilə məşğul olmuşdur. Eksperimental təmayüllü məktəbin direktoru filologiya elimləri namizədi Məmmədov Məmməd Nuru oğlu olmuşdur. 1996- cı ildən eksperimental təmayüllü məktəbə dahi qəzəlxan "XX əsrin Fizulisi" Əliağa Vahidin adı verildi. Məktəb Ə.Vahid adına 293 li tam orta məktəb adlandırılmışdır.

Haqqında

Bakı Şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi 294 nömrəli tam orta məktəb 2000 - ci ildən fəaliyyət göstərir. 2010 - cu ildə əlavə 2 mərtəbəli korpus, 2014 - cü ildə 3 mərtəbəli yeni məktəb binası istifadəyə verilib. Məktəbdə hal-hazırda 428 şagird təhsil alır. Şagirdlərin təlim- tərbiyəsi ilə 32 nəfərlik pedaqoji heyət və inzibati heyət məşğul olur.Məktəbdə idman zalı, kitabxana, akt zalı, tibb otağı və bufet var. O cümlədən fizika, biologiya, kimya kabinetləri və 2 kompyuter otağı vardır. Məktəb izləmə kameraları ilə təchiz olunmuşdur. Bir neçə sinifdə elektron lövhələr quraşdırılmış və tədris prosesində istifadə olunur. Məktəbimizdə tədris keyfiyyəti ildən - ilə artmaqda davam edir. Belə ki , 2013 / 2014 - cü tədris ilinə qədər bir , 2015 / 2016 - cı il tədris ilində 3 (üç) nəfər məzunumuz 600- dən yuxarı bal toplamışdır. Onlardan bir nəfər 692 bal toplamışdır. 2015 / 2016 cı tədris ilindən məktəbimizdə məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir. Tədris keyfiyyətinin artırılması, potensiallı və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə 2015 / 2016 - cı tədris ilində məktəbimizdə kiçik Akademiya fəaliyyət göstərir. O cümlədən hər ay məktəbdə fənn aylıqları , viktorinalar və şagirdlərin, valideynlərin arzusundan asılı olaraq ali məktəblərə və tarixi muzeylərə ekskursiyalar təşkil olunur.

Haqqında

295 nömrəli tam orta məktəb 2003-cü ildə inşa edilib, istifadəyə verilmişdir. Məktəb üçmərtəbəli binadan ibarət olub, ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika, biologiya, kimya, fizika kabinetləri 2 idman zalı var. Məktəbin müasir standartlara cavab verən kitabxanası, emalatxanaları, yeməkxanası, akt zalı və tibb otağı vardır. Ümumilikdə 1296 şagird yeri olan məktəbdə, hazırda 878 şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 66 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır. Beş günlük iş rejimində fəaliyyət göstərən məktəb bir növbəlidir.

Haqqında

Ulu Öndərimiz Heydər Əliyevin 22 avqust 2001 ci il tarixli 562 saylı fərmanı ilə Qərbi Azərbaycandan, zorla qovulmuş əhali Şuşa və Xocalı şəhərində yerləşdirilmişdir və ikinci dəfə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşan əhali üçün Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində 160 yaşayış evi və 192 yerlik məktəb inşa edilmişdir. Bakı şəhərində müvəqqəti sanatoriya, düşərgə və məktəb yataqxanalarında məskunlaşan qaçqınlar 2003-cü ilin iyun-iyul aylarında inşa edilmiş qəsəbədə məskulaşdırıldı. Qəsəbə sakinlərinin əksəriyyəti Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağdan ermənilər tərəfindən zorla qovulmuş şəhid ailələrindən, Qarabağ əlillərindən və milli münaqişə zəminində əlil olmuş əhalidən ibarətdir.2003-cü ildən məktəb orta təhsil pilləsi üzrə fəaliyyətə başlamışdır. Məktəbdə şagird kontingentinin artımı ilə əlaqədar olaraq Bakı şəhəri İcra hakimiyyətinin sifarişi ilə 2012-ci ildə 300 şagird tutumu olan ikinci korpus tikilib istifadəyə verilmişdir . Hal- hazırda məktəb 492 yerlik şagird tutumuna malikdir.

Haqqında

297 nömrəli məktəb 1965 - ci ildə yaradılmış, 960 şagird üçün nəzərdə tutulmuşdur.Digər korpus isə 2007 - ci ildə tikilib və 800 şagird üçün nəzərdə tutulmuşdur. Birinci korpus 2013 - cü ildə əsaslı təmir olunmuşdur. 2022 - 2023 - cü tədris ilində məktəbdə 170 pedaqoji işçi fəaliyyət göstərir. 2022 - 2023 - cü tədris ilində məktəbdə 2620 şagird təhsil alır ki, azərbaycan və rus bölməsi olmaqla 96 sinifdə komplektləşmişdir. Məktəbimizdə Rəqəmsal Bacarıqlar və STEAM layihələri tətbiq olunur.

Haqqında

1959-cu ildə Biləcəri qəsəbəsində ilk tipik məktəb layihəsinə uyğun tikilmiş məktəb 324 yerlikdir.Ərazidə evakuasiya üçün nəzərdə tutulmuş zirzəmiyə malik bu yeganə məktəb binası 2014-cü ildə əsaslı təmir edilib.Fizika,kimya,biologiya və iki informatika otağı ən müasir avadanlıqlarla təmin olunmuş məktəb iki növbədə,altı günlük iş rejimi ilə işləyir.Hal-hazırda məktəbdə 1138 şagird təhsil alır.Onların təlim-tərbiyəsi ilə 71 nəfər müəllim məşğul olur.

Məzunlar arasında məşhur hərbiçilər,idman ustaları,çempionlar,bəstəkarlar,musiqiçilər,600-dən yuxarı bal toplayanlar vardır.

Bütün bunlarla yanaşı məktəbin qürur mənbəyi vətənpərvər oğulları,canlarını vətən,onun azadlığı və suverenliyi üçün qurban vermiş şəhidləri,qaziləri, döyüşçüləri var.Məktəb foyesində məğrur baxışları ilə şagird və müəllim kollektivinə hər gün vətəndaşlıq dərsi keçən 10 şəhidin fotosu dayanır.Onlar bu məktəbin məzunlarıdırlar.8 nəfəri, o cümlədən adı məktəbimizə verilən İlqar Məmmədov, qadın şəhidimiz Nərgiz Şərifova,Etibar Nəcəfov,Fərhad Bağırov, Qamət Abbasov, İntiqam Mahmudov, Seymur Məmmədov, Arzuman Orucov I Qarabağ müharibəsində, Murad Vəliyev və Elvin Bayramov isə II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Məşhur bəstəkar Azərbaycan Xalq Artisti Sərdar Fərəcov,tarzən Azərbaycan Xalq Artisti Möhlət Müslümov,General Qorxmaz Qarayev də məktəbin məzunları sırasındadırlar.