Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəb 1979 - cu ildən fəaliyyət göstərir. Açıldığı ilk 10 il ərzində sırf rus bölməsi kimi fəaliyyətə başlayan məktəbdə 1990 - cı ildən Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hal –hazirda məktəbdə həm azərbaycan , həm də rus bölmələri fəaliyyət göstərir. Azərbaycan bölməsində 34 sinifdə 830, rus bölməsində 36 sinifdə 950 şagird təhsil alır. Məktəb son illərdə öz göstəricilərinə görə digər məktəblər arasında xeyli fərqlənmişdir. Belə ki, öz göstəricilərinə görə məktəb 2013 - cü ildə buraxılış imtahanlarındakı göstərdiyi nəticələrə uyğun ilk 50 məktəb , 2014 - cü ilin nəticələrinə görə ilk 30 məktəb sırasına daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu reytinq cədvəlində Təhsil Nazirliyinin tabeliyində olan məktəblər , liseylər, gimnaziyalar da olmuşdur. Məktəbimiz Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə əmələ gəlmiş sıxlığı azaltmaq məqsədi ilə 2005 - ci ildə 480 yerlik ikinci tədris korpusu istifadəyə verilmişdir. 2013 cü ildə məktəbin əsas korpusu əsaslı təmir olunmuşdur. 2014/2015-ci tədris ilində ali məktəblərə qəbul zamanı əldə olunan yüksək nəticəyə görə Xətai rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məktəbimiz “Fəxri fərman” ilə təltif olunmuşdur. Məktəbdə hal-hazırda təhsil alan 1780 şagirdin təlim–tərbiyəsi ilə 128 müəllim məşğul olur. İl ərzində məktəbdə bütün fənnlər üzrə açıq dərslər təşkil olunur,dəyirmi masalar keçirilir.Milli kurrikkulumun öyrənilməsi və tətbiqi il boyu diqqət mərkəzində saxlanılır.Məktəbin müəllimlərinin silsilə açıq dərsləri keçirilir,məktəb üzrə yayılmaq üçün məsləhət görülür.Dərslərdə müasir texnologiyaya üstünlük verilir.
Böyük Azərbaycan şairi Mikayıl Müşfiqin adını daşıyan 18 nömrəli tam orta məktəbin 100-dən artıq yaşı var. Məktəbin tutumu əvvəllər 1236 şagirdlik, 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yenidənqurma işləri aparıldıqdan sonra 1503 nəfərlik olmuşdur. Hazırda məktəbdə 1659 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 155 müəllim məşğul olur. 2008-2009-cu illərdə Resbublikanın Prezidenti İlham Əliyevin sərəncamı əsasında “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin dünəni:1997-ci il sentyabrin 1-də ulu öndərimiz Heydər Əliyev cənabları məktəbdə keçirilən “Bilik günü”ndə iştirak etmişdir. 70-ci illərdə məktəbdə tanınmış pedaqoq, kimyaçı, Respublikanın Əməkdar müəllimi Mustafa Salamov fəaliyyət göstərmiş, məktəbdə onun rəhbərliyi ilə çox zəngin kimya kabineti yaradılmışdır. 1999-cu ildə məktəb Dünya Bankının ekspert qrupu tərəfindən “Pilot” məktəblər sırasına daxil edilmişdir. Məktəb 1999-cu ildə “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən” ən yaxşı təlim-tərbiyə müəssisəsi kimi II yerə, 2002-ci ildə isə I yerə layiq görülmüşdür. 2008-2009-cu tədris ilində Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında keçirilən “İlin ən yaxşı məktəbi müsabiqəsinin qalibi olmuşdur. Məktəbin bu günü: Təhsilin humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi, şagirdlərin təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyekti kimi qəbul olunması, təlim prosesinin onun meyl, maraq və potensial imkanları əsasında qurulması, müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq şəraitində qurulması, müasir təlim metodları və yeni texnologiyaların tərbiqi təhsilin keyfiyyət probleminin ön plana çəkilməsi, təhsil müəssisəsi fəaliyyətinin qiymətləndirilməsi məktəbin qarşısında həlli vacib olan məsələdir. Məktəbin əsas devizi: “Məktəb şagirdin dostudur” 2012-ci il sentyabrın 15-də Bilik günündə Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev cənabları məktəbdə olmuş, şagird və müəllimlərlə görüşmüş, onlara öz tövsiyyələrini vermişdir. Məktəbin sabahı: Məktəbin demokratikləşdirilməsi tam başa çatmalıdır, uşaq hüquqlarının tədrisi ilə bağlı “ UNİCEF-in ümidli gələcək gənclər təşkilatı”nın Valideyn-Müəlim Assosiasiyası layihəsi, Tolerantlıq layihəsi, alman diinin mükəmməl öyrədilməsi üçün 2009-cu il Almaniyanın Höte İnstitutu ilə imzalanmış portnyor layihəsi ilə əlaqədar görülən işlər daha da genişləndirilməlidir. Məktəbdə tərbiyə işi 3 konsepsiya əsasında həyata keçirilir. 1-ci tərbiyəvi konsepsiya - “Müşfiq günləri”, 2-ci tərbiyəvi konsepsiya – “Tarixi unutmağa haqqımız yoxdur”, 3-cü tərbiyəvi konsepsiya isə - “Xatirələr sorağında” adlı görüşün keçirilməsidir.
19 nömrəli məktəb 1964-cü ildən istifadəyə verilmişdir.Məktəb faşizmə qarşı mübarizə tarixinə Azərbaycan xalqının adını yazmış Mehdi Hüseynzadənin adını daşıyır.1970-ci ildən sonra bu məktəbin bazasında 14 nömrəli, 1982-ci ildə isə 266 nömrəli məktəb yaradılmışdır. 2006-cı ildə məktəbin ibtidai sinifləri üçün II korpus tikilib istifadəyə verilmişdir. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuşdur. Məktəbdə ümumilikdə 53 sinif otağı vardır. Məktəb 5 günlük, 2 növbəli iş rejimində fəaliyyət göstərir. Eyni zamanda, məktəbdə idman zalı, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı, bufet, həmçinin, fizika, biologiya, kimya, texnologiya,informatika, linqafon, hərbi hazırlıq kabinetləri fəaliyyət göstərir. Məktəbin 6 kabinetində elektron lövhə quraşdırılmış və müxtəlif fənlərin tədrisində onlardan istifadə edilir. 2019-2020-ci tədris ilində məktəbdə 1649 nəfər şagird 60 sinifdə komplekləşdirilmişdir və onların təlim-tərbiyəsi ilə 125 nəfər müəllim məşğul olur. Məktəbin şagirdlərindən iki nəfəri Heydər Əliyev təqaüdçüsü, iki nəfər şagirdi Beynəlxalq Şahmat yarışlarının qalibi, bir nəfər şagirdi əlbəyaxa döyüş üzrə dəfələrlə Respublika çempionu və beynəlxalq turnirlərin qalibi olmuşdur. Məktəbdə şahmat, idman və rəqs dərnəkləri, müxtəlif yaş qrupları üzrə oxucu, debat klubları fəaliyyət göstərir.
Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur.O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir.
2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir.
Məktəbə 1994-cü ildə lisey adı verilmişdir.
2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010-2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir.
2008-2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 “Tərəqqi” medalına, 2 “Qabaqcıl təhsil işçisi” medaına layiq görülmüş müəllimlər çalışır.
A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey hər sahədə tanınmış məzunları ilə fəxr edir. Bunlardan Azərbaycan Respublikasının Milli Qəhrəmanı 1995-ci il metroda törədilmiş partlayış zamanı 300 nəfərə yaxın insanı xilas etmiş Çingiz Babayev, 1991-ci il 21 noyabr tarixində Qarakənd səmasında vertalyotun vurulması nəticəsində şəhid olmuş Arif Hüseynzadə, Milli Elmlər Akademiyasının prezidenti olmuş akademik mərhum Mahmud Kərimov, Prezident Aparatının şöbə müdirləri Fuad Ələsgərov, Zeynal Nağdəliyev, Xalq artisti Afaq Bəşir qızı, Xalq artisti Elçin Əzizli, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Anar Ələkbərov bu məktəbin məzunlarındandır.
2014-cü ilin iyun ayında məktəb-lisey sökülmüşdür.
2017-ci ilin sentyabrın 15-də isə yeni inşa edilmiş məktəb-lisey 2017-2018-ci tədris ili üçün müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də I Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etmişlər.
2022-2023-cü tədris ili üçün ümumi şagird sayı isə 4608-dir. Onlardan 2380-i rus bölməsində, 2228-i isə Azərbaycan bölməsində təhsil alan şagirdlərdir. Məktəb-liseydə hal-hazırda 162 sinif fəaliyyət göstərir.599-12-22 (3920)
E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Fəaliyyətinin ilk illərində məktəb binasından fəhlələr üçün axşam məktəbi qismində istifadə olunmuşdur. 1958-ci ildən etibarən 21 nömrəli məktəb 7 illik təhsil verən tədris müəssisəsi kimi fəaliyyət göstərmiş, 1976-cı ildən isə 10 illik orta ümumtəhsil müəssisəsinə çevrilmişdir.
2012-2013-cü illərdə məktəbdə "Bakı şəhəri və Bakı ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı barədə Dövlət Proqramı" çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılmış, məktəbin təmirdən sonrakı vəziyyəti ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə məktəbdə daha iki korpus və idman meydançası tikilərək istifadəyə verilmişdir.
Məktəb 20 yanvar şəhidi Eldar Məmmədovun adını daşıyır.
Məktəbdə 2019-2020-ci tədris ilində 45 sinif fəaliyyət göstərir ki, bunlardan 3-ü "Sağlam təhsil" sinfidir.
Məktəbdə 1185 şagirdin təlim-tərbiyəsi ilə 79 nəfər müəllim məşğul olur.
21 nömrəli tam orta məktəbdə həmçinin 1 günü uzadılmış qrup, 3 məktəbəhazırlıq qrupu vardır.
Məktəbdə Pedaqoji Şura, metodşura, fənn metodbirləşmələri, kitabxana fəaliyyət göstərir.
Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəb Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşir. Məktəbin ibtidai tədris korpusu 1992-ci ildə, əsas tədris korpusu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27.02.2006-cı il tarixli Sərəncamına əsasən 01.09.2007-ci il tarixdə istifadəyə verilmişdir.
Məktəb Qarabağ döyüşlərində şəhid olmuş Daş karxanası sakini Firuz Əli oğlu Bayramovun adını daşıyır.
Əsas korpus üç mərtəbədən, 33 sinif otaqlarından ibarət olaraq 720 nəfər şagirdin təhsil alması, ibtidai korpus isə 2 mərtəbədən və 10 sinif otaqlarından ibarət olaraq 240 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur.
Hal-hazırda məktəb ikinövbəli, altı (6) günlük iş və tədris rejimində çalışaraq 128 nəfərlik pedaqoji heyətlə 2348 şagirdə xidmət göstərir.
Məktəbdə 44 ibtidai və 43 yuxarı siniflər fəaliyyət göstərirlər.
Məktəbin yenidən qurulmuş və müasir tələblərə cavab verən zəngin kitabxanası, informatika, kimya, fizika kabinetləri, tibb otağı, idman zalı, arxiv otağı və hər iki korpusda bufetləri şagirdlərin və müəllimlərin xidmətindədirlər.
Məktəbin tədris prosesində təhsilin keyfiyyətinə, kurikulum standartlarının tələb olunan səviyyədə icra olunmasına, şagird nailiyyətlərinin izlənilməsinə, şagirdlərdə biliklə yanaşı, dünyagörüşlərinin artırılmasına, estetik, mədəni zövqün formalaşmasına, mədəni davranmalarına, intizamlı olmalarına, zərərli vərdişlərdən uzaq olmalarına ciddi nəzarət edilir.
Hər həftə planlı şəkildə Açıq Dərslər keçirilir, rəhbərlik tərəfindən dərs dinləmələr aparılır, Dövlət Bayramları və əlamətdar tarixlərlə bağlı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə, digər tarixi şəxsiyyətlərlə, alimlərlə, ziyalılarla, yazıçılarla, şəhidlərimizlə bağlı silsilə tədbirlər, dəyirmi masalar, Açıq Dərslər, kütləvi tədbirlər təşkil olunur.
Məktəb rəhbərliyi həvəslə şagirdləri müxtəlif müsabiqələrə, olimpiadalara və tədbirlərə cəlb edir və bu məsələyə ciddi önəm verir. Fənn, rəsm, şeir, idman (futbol, voleybol, tennis, badminton, velosiped, şahmat və s.), hərbi vətənpərvər və digər müsabiqələrə şagirdlərimiz cəlb olunur və uğurlar əldə edir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Dövlətimizin 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə “Ölkəmizi tanıyaq” Layihəsinə məktəbimizin şagirdləri də cəlb olunaraq Diplomla təltif olunmuşdurlar.
Məktəbimiz 2017-2018-ci tədris ilindən islahatlara start verərək yenidənqurma, ikinci “nəfəs” dövrünü yaşayaraq Vətənimizə, Dövlətimizə, Cəmiyyətimizə bilikli, tərbiyəli, mədəni, dünyagörüşlü, sağlam yeniyetmələrin, gənclərin, Layiqli Vətəndaşların yetişdirilməsini öz qarşısına məqsəd kimi müəyyən etmişdir.
Hədəfimiz və missiyamız, məktəbimizi Sabunçu rayonunun ən nümunəvi, Bakı şəhərinin ən nüfuzlu məktəblər sırasına qatmaq, tədrisin keyfiyyəti və buraxdığımız məzunlarımızın nəticələrinə görə Azərbaycanın qabaqcıl məktəbləri sırasında görməkdir!