0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 19 ünvanında yerləşən 74 nömrəli tam orta məktəbin binası 1959 - cu ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və ikinövbəlidir. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. 2017-cı ildə Təhsil Nazirliyi tərəfindən məktəbdə əsaslı təmir-bərpa işləri aparılmaqla müasir standartlara uyğun təmir olunaraq təkrar istifadəyə verilmişdir. Məktəbdə 1560 şagirdin təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olur.

Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Məktəbin “Şahin” komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir - metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod və texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.

Məktəb fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki, məktəbin məzunları içərisində dövlət və elm xadimləri vardır. Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.

Məktəbin idarə olunmasında valideyn icması və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə müxtəlif təmayül sinifləri yaradılmışdır.

2016/2017-ci tədris ilindən etibarən məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Məktəbimiz son illərdə bir sıra uğurlara imza atmışdır.

2017/2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı ilə ingilis dili müəllimləri üçün təşkil edilən“Uğur üçün tədris” (SPEX) layihəsi uğurla yekunlaşmışdır.

2020/2021-ci tədris ilindən məktəbdə STEAM layihəsi tətbiq edilməyə başlayıb. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Haqqında

Məktəb 1956-cı ildə inşa edilib. 350 yerlik şagird kontingenti üçün nəzərdə tutulub. Birtipli layihə əsasında tikilib, ikinövbəli, 6 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə 580 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğuldur. 2007-ci ildə son dəfə əsaslı təmir olunub. Hal-hazırda məktəb üçün yeni tədris korpusu tikilib istifadəyə verilib. Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin təlim-tərbiyəsinin düzgün formalaşdırılması tədrisin keyfiyyətinin daimi artırılması üçün məktəbin pedaqoji kollektivi bütün imkanlardan bacarıqla istifadə edir. Məktəbdə böyük iş təcrübəsinə malik olan stabil pedaqoji kollektiv var. Məktəbdə şagirdlərin əsaslı təhsil almaları üçün geniş sinif otaqları, laboratoriyalar, idman zalı mövcuddur. Məktəbdə bədii qiraət, rəsm, xalq yaradıcılığı dərnəkləri, musiqi dərnəyi fəaliyyət göstərir.

Haqqında

Bakı şəhəri Suraxanı rayonu Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəb Hövsan qəsəbəsi Cəbrayıl Xanməmmədov küçəsində yerləşir. 76 nömrəli məktəb 1975-ci ildə tikilmiş və 1976-cı ildə fəaliyyətə başlamışdır. 2013-ci ildə məktəb dövlət proqramı əsasında tam əsaslı təmir olundu və yüksək səviyyədə şagirdlərə, müəllimlərə və valideynlərə təhvil verildi. Məktəbin binası 3 mərtəbəli əsas və ikimərtəbəli əlavə korpusdan ibarətdir. Məktəbdə 44 sinif otağı o cümlədən, fizika, biologiya, kimya, tarix, informatika, əmək kabinetləri, eyni zamanda kitabxana, akt zalı, idman zalı, yeməkxana, tibb otağı fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəb 5 günlük və iki növbəli iş rejimində çalışır. Gündəlik dərslərin miqdarı 5-8 saatdır. Bir dərs saatı 45 dəqiqədir. Hazırda məktəbdə beş nəfər rəhbər işçi 30 nəfər texniki işçi çalışır. Hər iki bölmə üzrə 2330 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 113 nəfər yüksək ixtisaslı müəllimlər məşğul olur. Son 5 ildə məktəbin pedaqoji kollektivinin hər bir üzvü, ölkədə gedən quruculuq işlərində, eləcə də dövlət rəhbərinin məktəblərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün yerli və Beynəlxalq treninqlərdə, konfranslarda, sərgilərdə, kurikulum islahatının uğurla həyata keçməsində yaxından iştirak edir. Metodiki işin müasir tələblər səviyyəsində qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, yayılması və işdə tətbiq edilməsi il ərzində həyata keçirilir. Bu baxımdan fənn aylıqları, açıq dərslər, nümunəvi elektron dərslərin hazırlanması və respublika səviyyəsində yayılması diqqət mərkəzində olur. Məktəbin müəllimlərinin İKT – dən istifadə bacarıqlarının artırılması məqsədilə onların tam əksəriyyətinin “İntel”, “Mədəd” kurslarına cəlb olunması işlərinin səmərəsini artırmışdır. Müəllimlər mütəmadi olaraq ixtisasartırma və kurikulum kurslarında iştirak edirlər. 2016/2017-ci tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları, 2017/2018-ci tədris ilindən etibarən isə təmayül siniflər fəaliyyət göstərir. Belə ki, ötən dərs ilində məktəbi bitirən 84 məzundan 49 nəfəri ali məktəbə sənəd vermiş.Onlardan 35 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Qəbul olunanlar arasından 1 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Keçən tədris ilində məktəbin IX sinif şagirdi Rüstəmova Sevinc fənn olimpiadalarının Respublika turunda tarix fənnindən I yerə, IX sinif şagirdi Heydərova Nuranə Azərbaycan dili fənnindən I yerə, Heydərova Elanə Tarix fənnindən III yerə layiq görüldüklərinə görə qızıl medalla təltif olunmuşdu. 2016/2017-ci dərs ilində məktəbin VII sinif şagirdi Nurəhmədov Təbriz Riyaziyyat fənni üzrə fənn olimpiadasının Respublika mərhələsində III yeri 2017/ 2018-ci il Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olipiadasının qalibi olmuşdur.

Haqqında

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvanında yerləşən 78 nömrəli tam orta məktəbin binası 1882 - ci ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və ikinövbəlidir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən 4 mərtəbəli, 15 sinif otaqlı, 360 yerlik əlavə yeni korpus tikilib istifadəyə verilmişdir. 2018-ci ildə məktəbin əsas binası əsaslı təmir-bərpa işləri aparılmaqla müasir standartlara uyğun təmir olunaraq təkrar istifadəyə verilmişdir. Məktəbdə 721 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur.

Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Məktəbin “Şahin” komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir - metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod və texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.

Məktəb fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki, məktəbin məzunları içərisində dövlət və elm xadimləri vardır. Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin "Şərəf lövhəsi" şagird nailiyyətlərini əks etdirmək, eləcə də onları həvəsləndirmək üçün vasitədir. Məktəbin “Sehirli səslər” xor dərnəyi və “Bacarıqlı əllər” dərnəyinin üzvləri rayon və şəhər səviyyələrində keçirilən tədbirlərdə yüksək səviyyədə iştirak edirlər. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.

Məktəbin idarə olunmasında valideyn icması və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017/2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə texniki təmayül sinfi yaradılmışdır. 2019/2020-ci dərs ili üçün məktəbdə texniki və riyaziyyat-iqtisadiyyat təmayül sinfi açılmışdır. 2016/2017-ci tədris ilindən etibarən məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Məktəbimiz son illərdə bir sıra uğurlara imza atmışdır.

2017/2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Birinci Qrant Müsabiqəsi" nin qalibi olmuş və məktəbimizdə "Ümumtəhsil məktəblərində Coğrafiya fənninin tədrisində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi" layihəsi uğurla həyata keçirilmişdir.

2017/2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı ilə ingilis dili müəllimləri üçün təşkil edilən“Uğur üçün tədris” (SPEX) layihəsi uğurla yekunlaşmışdır.

2017/2018-ci tədris ilində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlərimiz Naxçıvanda, 2018/2019-cu tədris ilində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur aksiyada iştirak etmişdir.

2018/2019-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə İkinci Qrant Müsabiqəsi" nin qalibi olmuş və “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihə uğurla yekunlaşmışdır.

Haqqında

Məktəb 1922ci ildə qəsəbə sakinləri tərəfindən tikilib. Bülbülə qəsəbəsində tikilən ilk məktəbdir. Məktəb 1995ci ildən şəhid Fazil İsmayılovun adını daşıyır. 2006-2007ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. 2007ci ildən 79№li məktəb 9 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçmişdir. Məktəbin bir çox tanınmış məzunları var. Məktəb 1 növbəli 5 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbimiz 2 mərtəbəlidir, 1 idman zalı var. Məktəbdə 225 şagird təhsil alır. 2010-cu ildə Unisef və Təhsil Nazirliyinin birgə keçirdiyi "Məktəb uşağın dostudur" layihəsinə qoşulmuşdur.

Haqqında

1970 - ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72,74,169,213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni tikilmiş məktəb sırf milli məktəb kimi fəaliyyətə başladı və yuxarı qeyd olunmuş məktəblərin Azərbaycan bölmələri əsasında 80 nömrəli orta məktəb fəaliyyətə başladı. Bu illər ərzində məktəbimizin bir çox uğurları olmuşdur. 1971 - ci ildən başlayaraq məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza məktəbinə çevrilmiş, SSRİ miqyasında, eləcə də xarici qonaqlar bu məktəbin iş təcrübəsi ilə tanış olmaq üçün məktəbin qonağı olmuşlar. Təhsil Nazirliyinin xəttilə məktəbin iş təcrübəsi müxtəlif illərdə aşağıdakı mövzularda respublika miqyasında yayılmışdır: 1. "Şagirdlərlə müstəqil işin təşkili" 2. "Məktəbdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq hərbi - vətənpərvərlik və əmək tərbiyəsinin təşkili" 3. "Altıyaşlılarla işin təşkili təcrübəsindən" 1975 - ci ildə ümummilli lider Heydər Əliyevin məktəbə gəlişi, müəllim və şagirdlərlə səmimi görüşü və bu Böyük şəxsiyyətin tövsiyələri müəllim və şagirdləri daha yaxşı işləməyə və daha yaxşı oxumağa şövq etmişdir. Bunun nəticəsidir ki, məktəb uzun illər "Nümunəvi məktəb" adını qoruyub saxlaya bilmişdir. Məktəbin iş təcrübəsi ilə əlaqədar çıxışlar Sovetlər miqyasında keçirilən konfranslarda da olmuşdur: 1. Tallin şəhərində: - " Məktəbdə şagirdlərin hərbi - vətənpərvərlik və fiziki tərbiyə dərslərinin təşkilində hami təşkilatın köməyi" 2. Minsk şəhərində: - " 6 yaşlılarla işin təşkili təcrübəsindən" 3. Bolqarıstanda: - " Məktəbin iş təcrübəsindən". Məktəb 2010 - cu ildə Respublikanın 50 pilot məktəbində Təhsil Nazirliyi və "British Council"-ın birgə layihəsi çərçivəsində "İngilis dilinin intensiv tədrisi" üzrə layihəyə qoşulmuşdur. 80 - cı illərdə məktəb Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı və qalibi olmuş, gümüş medala layiq görülmüşdür. Məktəbin yetirmələri təkcə Azərbaycanın deyil eyni zamanda Rusiyanın müxtəlif şəhərlərində eləcə də xarici ölkələrdə təhsillərini uğurla davam edirlər. Məktəbi medalla bitirən və hazırda müxtəlif sahələrdə qazandıqları bilik və təcrübəni nümayiş etdirən şagirdlərimizdə az deyil: Bu illər ərzində məktəbin hərbi - vətənpərvərlik tərbiyəsi ilə də bağlı uğurları olmuşdur. Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəb iştirak etmiş və 2010 - cu ildə qalib olmuşdur. Təhsil sahəsində məktəbin uğurları, keyfiyyət göstəriciləri, ali məktəblərə qəbulun nəticələri, 500 - dən və 600 - dən artıq bal toplayanların sayı ildən - ilə artır .