0702133333

0702133333

”Sabahın Alimləri” XIV Respublika Müsabiqəsi başlayıb
12.03.2025 12:43

”Sabahın Alimləri” XIV Respublika Müsabiqəsinə start verilib.

“Report”un məlumatına görə, elm və təhsil sahəsində istedadlı şagirdlərin üzə çıxarılmasını hədəfləyən müsabiqənin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevlə yanaşı, elm və təhsil sektoru nümayəndələri, deputatlar, jurnalistlər iştirak edib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxış edərək bildirib ki, müsabiqənin builki final mərhələsində əvvəlki illərə nisbətdə daha çox layihə yarışacaq:

“Bu il “Sabahın alimləri” XIV Respublika müsabiqəsinə şagirdlər tərəfindən 654 layihə təqdim edilib. Onlardan 138-i finala vəsiqə qazanıb”.

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və deputat Ceyhun Bayramov çıxış ediblər.

Onlar bildiriblər ki, ”Sabahın Alimləri” müsabiqəsi şagirdlərə elmi-tədqiqat işlərində öz bacarıqlarını nümayiş etdirmək imkanı yaradır və gələcəkdə onların beynəlxalq səviyyədə uğur qazanmasına təkan verir.

Tədbirdə INTEL ISEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev öz təcrübələrini bölüşüb.

Çıxışlar yekunlaşdıqdan sonra elmi-tədqiqat institutlarının əməkdaşları, məktəb direktorları, doktorantlar, tələbələr və şagirdlər üçün xüsusi sərgi təqdim olunub.

Müsabiqə üç gün davam edəcək.

Foto: Mircavid Eminoğlu

Bizim WhatsApp kanalımıza abunə olun