0702133333

0702133333

Elmar Qasımov: “Sabahın alimləri” müsabiqəsinə qatılan qızların sayı ildən-ilə artır
12.03.2025 12:03

“Sabahın alimləri” müsabiqəsinə qatılan qızların sayı ildən-ilə artır.

“Report” xəbər verur ki, bu fikirləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin açılışında deyib.

Onun sözlərinə görə, bu da onların tədqiqat sahəsinə maraqlarının artmasını göstərir:

”Əslində çox sevindirici haldır. Müsabiqəyə regionlarımızdan şagirdlər gəlir, müəyyən mənada tələbə həyatı yaşayırlar. Müsabiqənin gedişatı boyunca layihələrin təqdimatı, əsaslandırılması bilik və bacarıqların inkişafına xidmət edəcək”.

Elmar Qasımov müsabiqənin dayanıqlı olmasını və artıq 14 ildir keçirilməsini üstünlük kimi qiymətləndirib.

Bizim WhatsApp kanalımıza abunə olun