SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Təqaüd proqramı”nın qalibi olub. Qaliblərin mükafatlandırılması mərasimi keçirilib.BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Elnur İslamov (kimya mühəndisliyi, IV kurs), Nərmin Allahverdiyeva (kimya mühəndisliyi, V kurs), Fidan Yunusova (kimya mühəndisliyi, V kurs) qalib olublar.Yekunda müsabiqəni uğurla keçən 10 tələbə “Təqaüd proqramı”na cəlb olunaraq, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Məqsəd gələcəkdə metallurgiya və qazma sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə dəstəkdir.