0702133333

0702133333

Əlilliyi olan tələbələr UNEC-də imtahanlarını uğurla veriblər
03.02.2025 10:56

UNEC-də qış imtahan sessiyası yekunlaşıb. Bu barədə universitetdən ”Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, sessiya dövründə 3039 qrupda 773 fənn üzrə yazılı və test üsulu ilə imtahanlar təşkil olunub.İmtahanlarda 64 əlilliyi olan tələbə də iştirak edərək, öz bilik və bacarıqlarını sınayıb. UNEC İnklüziv təhsil mərkəzi tərəfindən əlilliyi olan tələbələrin imtahan verməsi üçün bütün şərait yaradılıb. Mərkəzin direktoru Sevinc Məhsimova, eləcə də əməkdaşların dəstəyi ilə görmə məhdudiyyətli tələbələrin imtahanları şifahi formada keçirilib. İmtahanlar zamanı tələbələrin hər birinin ehtiyaclarına uyğun olaraq, uyğunlaşmış proqramlar və metodlar tətbiq olunub ki, bu da onların daha rahat şəkildə imtahan vermələrini təmin edib.