Bu gün Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verən, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan UNEC-in rektoru, professor Ədalət Muradovun doğum günüdür!Təhsil.biz komandası olaraq, hörmətli rektorumuzu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uğurlu fəaliyyət və yeni nailiyyətlər arzulayırıq. Sizin rəhbərliyiniz altında UNEC-in beynəlxalq nüfuzu artmaqda, təhsil keyfiyyəti yüksəlməkdə və tələbələr üçün daha geniş imkanlar yaradılmaqdadır.Elm və təhsilə verdiyiniz dəyər, innovativ yanaşmalarınız və Azərbaycan gənclərinin inkişafına göstərdiyiniz xüsusi diqqət hər zaman təqdir olunur. Uğurlarınızın davamlı olmasını diləyirik!