0702133333

0702133333

Alimlər nüvə qışından sağ çıxa biləcək 5 ölkənin adını açıqlayıblar
21.01.2025 08:55

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri nüvə müharibəsi baş verəcəyi təqdirdə nələrin baş verəcəyini proqnozlaşdırıblar.

“Report” xəbər verir ki, onların “Risk Analysis” jurnalında dərc olunan nəticələri göstərir ki, yalnız beş ölkə sağ qala biləcək.

Tədqiqatçıların fikrincə, yaşamaq üçün əsas amil ölkələrin kənd təsərrüfatı məhsullarını saxlamaq qabiliyyəti olacaq. Nüvə partlayışı atmosferə təxminən 150 teraqram his buraxacaq və günəşli günlərin sayının kəskin azalmasına səbəb olacaq. Bu, bir neçə il ərzində kənd təsərrüfatı məhsullarını 80 % azaldacaq və şimal yarımkürəsinin sakinləri üçün ölümcül olacaq.

Nüvə fəlakəti baş verərsə, bəzi ada və yarımada dövlətlərinin sağ qalmaq şansı hələ də qalacaq. Tədqiqatçılar hesab edirlər ki, Avstraliya, Yeni Zelandiya, İslandiya, Vanuatu və Solomon adalarının sakinlərinin sağ qala biləcəklər.

Bizim WhatsApp kanalımıza abunə olun