14 dekabr tarixində Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə beynəlxalq olimpiadalara namizədlərin müəyyən edilməsi üçün təşkil edilmiş seçmə imtahanından 19 nəfər şagird düşərgədə iştirak etmək hüququ qazanıb.Belə ki, 23-29 dekabr və 3-7 yanvar tarixlərində həmin şagirdlər üçün Təhsil Texnologiyaları Mərkəzində düşərgə təşkil edilib. Düşərgə müddətində mütəxəssislər tərəfindən şagirdlərə intensiv dərslər keçirilib, şagirdlərin kimya üzrə biliklərinin möhkəmləndirilməsi və onların müxtəlif növ problemlərini effektiv şəkildə həll etmələri təmin edilib.