Artıq 2025-ci ilə qədəm qoymuşuq. Ötən ilə nəzər saldıqda onun bütövlükdə ölkəmiz, dövlətimiz, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), o cümlədən Filologiya fakültəsinin kollektivi üçün məhsuldar və əlamətdar olduğunu söyləmək olar.Xüsusilə qeyd edək ki, ADPU-nun Filologiya fakültəsi 2025-cü ilə böyük hədəflərlə qədəm qoyur. Ölkəmiz üçün dövrün tələblərinə uyğun, bacarıqlı, vətənpərvər, yüksək səviyyəli filoloq müəllimlərin yetişdirilməsi fakültəmizin qarşıya qoyduğu missiyasında əsas yer tutur.Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də gənclərdə təhsilə, elmə və müəllimlik peşəsinə marağın daha da artırılmasıdır. Bunun üçün fakültədə həvəsləndirici tədbirlər, seminarlar, layihələr nəzərdə tutulub. Fakültənin professor-müəllim heyəti daima tələbələrlə bu barədə söhbətlər aparır, onların özlərinin də fikir və təkliflərini nəzərə alırlar.Hazırda 2024-2025-ci tədris ilinin qış semestrinin imtahan sessiyası başlayır. Hər zaman olduğu kimi, imtahanlarda obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə üçün hər cür şərait yaradılıb.Fakültədə professor Mahirə Hüseynova tərəfindən yaradılan sağlam və şəffaf mühiti qorumaq, tədris olunan fənlərin keyfiyyətini daha da yüksəltmək, fakültənin professor-müəllim və tələbə heyəti üçün psixoloji və mənəvi cəhətdən rahat elm və təhsil mühiti yaratmaq bizim amalımızdır.2025-ci ilin də Filologiya fakültəsi üçün uğurlu il olması arzusuyla daha böyük həvəs və inamla çalışacayıq.Filologiya fakültəsinin dekanı, fil.ü.f.d., dos. Könül Həsənova