Müştəri xidmətləri üzrə mütəxəssis Müəssisə: XƏYAL ADASI MMC Vakansiya: Müştəri xidmətləri üzrə mütəxəssis ələblər: • Ali təhsili olmalı; • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı; • Müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı; • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli; • Mükəmməl ünsiyyət və təqdimat bacarığı olmalı. • Komandada işləmək bacarığı olmalı; • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
Vəzifə Öhdəlikləri: • Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək; • Təklif olunan bütün kompleks xidmətlərini və kampaniyalarını təşviq etmək; • İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək; • Müştərilərə məhsul/qiymət/kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək; • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək; • Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması; • Satış komandası ilə birgə cədvəllərin və mühüm sənədlərin yaradılması, qaydada saxlanılması və mütamadi olaraq yenilənməsi • Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək; • Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq; • Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq.
ələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş yeri: Dreamland (Bakı şəhəri)
Azərsun Holdinq MMC 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan ”Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.