0702133333

0702133333

Sudan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23.12.2024 20:31

Sudanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Mahmud Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə görüşüb.

”Report” xəbər verir ki, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində hər iki ölkənin maraqlarına xidmət edən əlaqələrin genişləndirilməsi yolları müzakirə edilib. Bu əlaqələrə tələbə mübadiləsi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq, iki ölkənin təhsil müəssisələri və universitetləri arasında əlaqələrin gücləndirilməsi daxildir.

Bizim WhatsApp kanalımıza abunə olun