Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qalib elan etdiyi mövzulardan ibarət ”Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.
”Report” xəbər verir ki, təqdimat mərasimində BŞHİ Aparatın məsul işçiləri, qalib seçilən məktəblilər, onların elmi rəhbərləri və digər şəxslər iştirak edib.
İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirdi ki, Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri misilsizdir.
Digər çıxışçılar məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər.
Qeyd edək ki, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə üç mindən artıq şagirdin referatları yeni kitaba daxil edilib.
Bizim WhatsApp kanalımıza abunə olun