“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetlərimizdə “yaşıl universitet” konsepsiyasının inkişaf etdirilməsi və onların uğurlu nəticələri ali təhsil müəssisələrimizin reytinq mövqeyinə müsbət təsir göstərdi Universitetlər davamlı inkişafa necə töhfə verə bilər? Ali təhsil müəssisələrinin ölkənin yaşıl konsepsiyasında rolu nədir? Bu suallar bütün dünya ölkələrindən olan universitetlər üçün konseptual əhəmiyyət daşıyır. Dekabrın 13-də dünya ali təhsil müəssisələrinin davamlı inkşafa töhfəsini ölçən “UI GreenMetric World University Rankings ” tədqiqatının 2024-cü il üçün növbəti tədqiqatının nəticələri məhz bu suallara cavab verir. İndoneziya Universiteti tərəfindən 2010-cu ildə universitet kampuslarının davamlılığı səylərini ölçmək üçün hazırlanan tədqiqatın arayış hissəsində qeyd olunur ki, builki 15-ci nəşr 95 ölkədə 1477 qurumu əhatə edir. UI GreenMetric 2024 reytinqində Avropa, Asiya, Amerika, Yaxın Şərq, Okeaniya və Afrika ölkələri də daxil olmaqla 95 ölkədən 1477 ali təhsil müəssisəsi qiymətləndirilib.Builki reytinqə daha 300 universitet qoşulub ki, bu da qlobal şəbəkənin 25 faiz genişlənməsi deməkdir. Bu isə davamlı inkişafa artan qlobal öhdəliyi təsdiqləyir. Yeni iştirakçılara Əlcəzair, Keniya və Cənubi Koreya kimi 11 ölkədən universitetlər daxildir. Bu artım universitetlərin dəyişikliklərin formalaşdırılmasında və ekoloji məsuliyyətin təşviqində oynadığı aparıcı rolu nümayiş etdirir.Reytinqdə məqsəd universitetlərin təmiz enerji, suya qənaət, tullantıların təkrar emalı, ekoloji nəqliyyatdan istifadə, davamlı inkişaf sahəsində ekoloji maarifləndirmə və tədqiqatların həyata keçirilməsi sahəsində nailiyyətlərini ölçməklə qlobal iqlim dəyişikliyi problemlərini öyrənməkdir. Reytinq bütün dünyada universitetlərdə davamlılıq səyləri və institusional təkmilləşdirmələrlə bağlı mövcud şərtlər və siyasətlər üzrə onlayn sorğunun nəticələrini təqdim etmək məqsədi daşıyır. Universitet rəhbərlərinin və maraqlı tərəflərin diqqətini cəlb etməklə qlobal iqlim dəyişikliyinə, təmiz enerjiyə, suyun qorunmasına, tullantıların təkrar emalına, yaşıl nəqliyyata və davamlılıq üzrə təhsil və tədqiqatlara daha çox diqqət yetiriləcəyi gözlənilir. Bu ilin reytinqinin mövzusu - “University UI GreenMetric World University Rankings: İrəliyə doğru yol” adlanır. Reytinq müəllifləri qeyd edirlər ki, gələcək naminə dayanıqlı kampuslar qurmaq üçün kollektiv öhdəliyi gücləndirərək, bütün dünya üzrə universitetlərin daha çox iştirakını təşviq etməyə davam edəcəyik.UI GreenMetric qlobal dəyəriReytinq bir sıra meyarların qiymətləndirilməsinə əsaslanır: kampus infrastrukturu və onun ətraf mühitlə əlaqəsi; enerji siyasəti; suyun effektiv idarə edilməsi; tullantıların idarə edilməsi siyasəti; nəqliyyat vasitələrinin istifadəsi; ekoloji məsələlər üzrə tədrisin təşkili; ekoloji problemlərin tədqiqinə həsr olunmuş resurslar; Google Scholar tərəfindən indeksləşdirilmiş yaşıl mövzular üzrə dərc edilmiş elmi məqalələrin sayı.Reytinqdə lider mövqeləri Wageningen University & Research (Hollandiya) və NottinghamTrent Universiteti (Böyük Britaniya) kimi yüksək nəticələrə malik universitetlər tutur. UI GreenMetric-in sədri, professor Riri Fitri Sari qeyd edib: “Builki rəqəmlər inkişafımızda mühüm mərhələni təmsil edir. Bu il reytinqə qoşulan hər bir universitet öz kampuslarını daha dayanıqlı və ekoloji cəhətdən təmiz obyektlərə çevirmək öhdəliyini nümayiş etdirərək çempiondur”.Reytinqin məqsədləri nələrdir? Reytinq aşağıdakı hədəflərə yönəlib:* təhsilin davamlılığı və kampusun yaşıllaşdırılması ilə bağlı akademik müzakirələrə töhfə vermək; * universitet rəhbərliyi altında davamlı inkişaf məqsədləri ilə bağlı sosial dəyişiklikləri təşviq etmək; * bütün dünyada ali təhsil müəssisələri (universitetlər) üçün kampus davamlılığının özünü qiymətləndirmə vasitəsi olmaq; * hökumətləri, beynəlxalq və yerli ətraf mühitin mühafizəsi agentliklərini və cəmiyyəti şəhərcikdəki davamlılıq proqramları barədə məlumatlandırmaq. Faydaları nələrdir? UI GreenMetric-də iştirak universitetin beynəlmiləlləşməsinə və tanınmasına kömək edə bilər. Universitetlər dünyanın digər ali təhsil müəssisələri ilə rəqabət edərək “qlobal xəritədə” sabitliyə nail olurlar. UI GreenMetric-də iştirak universitetin veb saytına daxil olanların sayının artmasına səbəb ola bilər. Davamlı inkişaf məsələləri ilə əlaqədar daha çox qurum haqqında qeydlər, bir universitet kimi güclü dayanıqlılıq qayğısı universitet və onun məzunlarının ictimaiyyət tərəfindən tanınmanı artıra bilər.Türkiyə nümunəsiTürkiyə universitetləri yaşıl kampusları ilə dünyanın zirvəsinə qalxıb. Ümumilikdə 94 universitet top-1000-ə daxildir, Türkiyə bu sahədə dünyada 1-ci yerə çıxıb. Dünyanın ekoloji cəhətdən ən təmiz universitetləri sıralamasında 6 universitet ilk 100-ə daxil olub. Türkiyə İtaliyadan sonra Avropada top-100-lükdə yer almış universitet sayına görə 2-ci, dünyada 5 - ci yerdədir. Ümumilikdə 45 universitet top-500-ə daxil olub. Bu göstəriciyə görə Türkiyə top-500-də ən çox universiteti olan ölkələrin reytinqində Avropada 1-ci, dünyada 2-cidir.Azərbaycanın “Yaşıl universitet” konsepsiyasının uğuruQeyd edək ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması Azərbaycanın “Yaşıl universitet” konsepsiyasının uğurla həyata keçirilməsi üçün münbit şərait yaradıb. 2024-cü il ərzində Azərbaycan universitetləri yaşıl dünya naminə həmrəyliyini əməli fəaliyyəti ilə nümayiş etdirdi. İlk növbədə, “Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində ekoloji sağlamlaşdırma, enerjidən məqsədyönlü istifadə, tullantıların minimuma endirilməsi, yaşıl enerjiyə keçid, iqlim dəyişikliklərinin təsirləri ilə bağlı mövzularda çoxsaylı tədbirlər, elmi konfranslar keçirildi. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi, ekoloji mədəniyyətin yaxşılaşdırılması ilə yanaşı, bu sahələrdə elmi-tədqiqatların aparılması da universitetlərimiz tərəfindən yüksək şəkildə təşviq olundu. Dünyanın aparıcı reytinq şirkətlərindən olan GreenMetric World University Ranking beynəlxalq reytinqi ali təhsl müəssisələrinin “yaşıl universitet” quruculuğu yönündə səylərini nəzərə alır. Bu mənada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetlərimizdə “yaşıl universitet” konsepsiyasının inkişaf etdirilməsi və onların uğurlu nəticələri ali təhsil müəssisələrimizin adıçəkilən reytinq mövqeyinə müsbət təsir göstərdi. “UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı bu il 3 dəfə artaraq 12-yə çatıb. Belə ki, ötən il reytinqə daxil olan 4 ali təhsil müəssisəsinin mövqeyi 2024-cü ildə daha da güclənib.Cari ildə ilk dəfə Azərbaycanın 8 ali təhsil müəssisəsi “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olub. Ümumilikdə, Azərbaycandan 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP-1000-də yer alır:“Yaşıl universitet şəhərciyi”Qeyd edək ki, dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyası geniş yayılıb ki, bu da universitetdə ekoloji təcrübələrin tətbiqi, yaxşılaşdırılması, tələbə və işçilərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsini əhatə edir. “Yaşıl universitet” ətraf mühitin qorunmasına yönəlik fəaliyyət göstərən bir universitetdir: karbon dioksid emissiyalarını azaldır, tullantıları ayrıca toplayır, su və elektrik enerjisinə qənaət edir və ekoloji infrastrukturu inkişaf etdirir. Bu məqsədlər üçün müsbət ekoaksiyalar və ekofestivallar aparılır, ayrı-ayrı zibil toplama sistemi təşkil edilir, enerji səmərəliliyi artırılır, ərazi abadlaşdırılır, maarifləndirmə işləri aparılır. Bu tədbirlər universitetin fəaliyyət sahəsində ekoloji prinsiplərin tətbiqinə; tələbələr və işçilər arasında ekoloji mədəniyyətin ümumi səviyyəsinin, məsuliyyət hissinin yüksəldilməsinə; universitetin yeni “yaşıl” imicinin formalaşdırılmasına; ekoloji aksiyaların təşkili ilə ali təhsil müəssisəsinin beynəlxalq tanınmasına xidmət edir. “GreenMetric” hesab edir ki, bu reytinq ilə universitet rəhbərlərinin diqqətini cəlb etməklə bütün dünyada tələbələr tərəfindən ətraf təbiətə məsuliyyətli münasibəti artırmaq olar. Reytinqin təşkilatçıları bəzi ekoloji problemlərin həlli üçün ətraf mühitin davamlı inkişafı siyasətinin aparılması zərurətinə akademik ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar.Reytinqdə mövqe nə qədər yüksəkdirsə, tələbələr, rəhbərlik, professorlar və müəllimlər planetin davamlı inkişafı və ekoloji vəziyyətindən bir qədər narahatdırlar. Bu o deməkdir ki, universitet ətraf mühitin qorunması üçün gələcək nəsil qarşısında öz məsuliyyətini bilir, regionun və ölkənin davamlı inkişafını təkcə elmi tədqiqatlar və tələbə təşəbbüsləri ilə deyil, həm də şəxsi nümunə kimi dəstəkləməyə hazırdır.