“İnsan Resursları üzrə kiçik mütəxəssis” vakansiyası
Vəzifə öhdəlikləri: • Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, ƏMAS portalına bildirişləri daxil etmək; • İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək; • Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək; • İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətlərini itirmələri haqqında xəstəlik vərəqələrinin və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət etmək; • Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparmaq. Namizədə bağlı tələblər: Ali təhsil Yaş: 25-35 Müvafiq sahə üzrə 1 il iş təcrübəsi; AR Əmək Qanunvericiliyi üzrə biliklər MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti; Kadr kargüzarlığı haqqında biliyə malik olmaq, Dil bilikləri: Səlis azərbaycan və rus dili biliyi Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis” yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.