Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib.
”Report”un yerli bürosu bildirir ki, tədbirdə azərbaycanlı uşaqlar Azərbaycanın Dövlət himnini oxuyub, ana dilimizdə şeirlər söyləyib və mahnılar oxuyublar.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva ana dilimizi öyrənməyə böyük səy və həvəs göstərən balacaları təbrik edib və azərbaycanca söylədikləri şeirləri və nəğmələri yüksək dəyərləndirib. Səfir şagirdlərə Azərbaycan, onun tarixi, mədəniyyəti, dəyərlərini öyrənməyə göstərdikləri böyük həvəs və istəklərin alqışlayıb və beləcə davam etməyi məsləhət görüb.
Tədbir zamanı kiçik məktəblilərin əsərlərindən ibarət rəsm sərgisi də nümayiş olunub.
Qeyd edək ki, Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunur. Məktəbə 15-ə yaxın şagird təhsil alır.
Bizim WhatsApp kanalımıza abunə olun