Elmin cəlbediciliyini, eləcə də gənc nəslin elmə marağını artırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) start verdiyi “Elmin populyarlaşdırılması” layihəsi çərçivəsində ilk tədbir Lənkəran Dövlət Universitetində (LDU) keçirilib.Bu barədə Tehsil.biz-ə Dövlət İqtisad Universitetindən məlumat verilib.Tədbirdə iştirak edən UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev, rektorun müşaviri dosent Elşən Bağırzadə, Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri dosent Etibar Əliyev elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, elmə marağı artırmaq məqsədilə çıxış ediblər.Sonda iştirakçıların sualları cavablandırılıb.